Bakıda avtomobil piyadanı vuraraq öldürüb


Digərləri 16 May 2021 14:19:00 131 0

Bakıda avtomobil piyadanı vuraraq öldürüb

Bakıda piyadanı avtomobil vurub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Son.az-a verilən xəbərə görə, Qaradağ rayonunun Səngəçal qəsəbəsi ərazisində Lənkəran rayon sakini E.Şahmuradov idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən qəsəbə sakini Natiq Balakişiyevi vurub. Qəza nəticəsində piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.