Ağcabədidə narkotacir tutulub


Digərləri 16 May 2021 14:09:00 147 0

Ağcabədidə narkotacir tutulub

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər NazirliyininMətbuat Xidmətinin Bərdə regional qrupundan Son.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları müvafiq əməliyyat-axtarış tədbirləri keçirib.Nəticədə narkotik vasitə olan marixuananın alqı-satqısı ilə məşğul olan Hindarx qəsəbə sakini Sadiq Gözəlov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman 3 kiloqramdan artıq marixuana və 10 qramdan artıq çətənə bitkisinin toxumları aşkar edilərək götürülüb.

Faktla bağlı Ağcabədi RPŞ-dəaraşdırmalar davam etdirilir.