Bayden Türkiyənin NATOdan çıxacağından narahatdır


Dünya 16 May 2021 10:06:00 116 0

Bayden Türkiyənin NATOdan çıxacağından narahatdır

"Co Bayden qondarma "erməni soyqırımı"nı seçkilərdə güclü dəstək verən yerli erməni dairəsini sakitləşdirmək və mükafatlandırmaq üçün tanıdı. Ancaq Baydenin "soyqrımı" tanımağı böyük bir beynəlxalq güc və NATO müttəfiqi olan Türkiyə ilə uzunmüddətli siyasi nəticələrə səbəb olacaq hər hansı bir başqa planı və istəyi yox idi".

Bunu Son.az-a açıqlamasında amerikalı analitik İrina Tsukerman deyib.

O bildirib ki, Ankaranı F35 proqramına yenidən daxil etmək Co Bayden üçün bir bəhanədir:

"Bayden heç vaxt erməni "soyqrımı"nı tanımaq üçün xüsusi bir məqam gözləməyib, çünki bunun effektiv şəkildə həyata keçirilməsi üçün administrasiyasının qarşısında ciddi səbəblər və düşünülmüş plan tələb olunurdu. Xüsusilə Türkiyənin arxivləri açmaq təklifini Ermənistanın qəbul etməməsi Baydenin "soyqrımı" tanımasının əsassız olduğunu açıq-aşkar göstərir.

Türkiyənin bir sıra Avropa və ərəb dövlətləri ilə barışıq prosesi, xüsusən Türkiyənin Rusiya ilə münasibətləri müsbət məcrada davam etdirir, daha çox S-400 almaq istəyi nəzərə alınmaqla Co Baydenə Ankaranı F35 proqramına yenidən daxil etmək üçün bir bəhanə oldu. F35 proqramının bitmiş bir razılaşma olduğunu nəzərə alsaq, Türkiyə bu proqramdan qayıtmaq üçün potensial idxalçı imkanından istifadə edir.

Bəs Bayden Türkiyənin getdikcə daha çox Rusiyanın müdafiə sənayesinə yaxınlaşması prosesini azalda biləcəkmi? Türkiyə hələ də Rusiyadan əlavə HHM sistemləri sistemlər alsa da, F35 proqramı çərçivəsində ABŞ-la danışıqlar effektiv olarsa, Rusiya hərbi sənayesindən istifadənin qarşısını alması mümkündür. Başqa sözlə desək, bu gün Türkiyə ABŞ-ın təsir gücü olan F35-i öz danışıqlar gücünə çevirə bildi.

Baydenin İranla nüvə sazişini davam etdirərkən bölgədəki maraqlar tarazlılığını qoruduğunu göstərmək cəhdi, xarici siyasət qurumlarının Türkiyənin İranın regional əməliyyatlarını ön planda saxlaması buna inanan qüvvələri sakitləşdirmək məqsədi daşıyır. Bayden başqa sözlə, İrana qarşı tətbiq olunan bütün sanksiyaların ləğvi və bölgədə daha çox təcavüzə yol açmağın nəticələrini həll etmək əvəzinə, Şimali İraqda və digər bölgələrdə geri çəkilmədə rol oynaya biləcəyini ümid edir. Ağ Ev Administrasiyasının Suriyada Türkiyə ilə fikir ayrılıqları nəzərə alınmaqla, bu yöndəmsiz qərarları, administrasiyanın Suriyadakı və digər yerlərdə gələcək hərbi əlaqələrə sadiq olmayacağını və bu mövzuda Türkiyə ilə yenidən masa arxasında danışıqlar aparmağa ümid etdiyini göstərir.

Ağ Ev rəhbərliyi Türkiyənin hakim partiyası üçün vacib olan müxtəlif maraqlarla və ortaq maraqlarla sıx əlaqələrə malikdir və bu, "münasibətləri normallaşdırmaq" üçün bir yol olduğunu düşünür. ABŞ artıq insan haqları mövzusunda Türkiyəni açıq şəkildə tənqid etməkdən və ciddi geopolitik xarakter daşımayan spesifik proqramlar ilə təzyiq göstərməkdən çəkindi. Bu da Baydenin bəzi məsələlərdə Ankara ilə işbirliyində maraqlı olduğunu və xüsusilə də Türkiyə istəyəcəyi təqdirdə Ankara ilə münasibətlərin inkişafında maraqlı olduğunu göstərir. Bayden administrasiyası geopolitik maraqlarına uyğun olaraq NATO müttəfiqləri ilə daha az münaqişədə olmaq niyyətindədir.

Bu məsələdə rol oynayan daha bir amil, Bayden NATO-nun yalnız bir hərbi deyil, həm də siyasi bir qurum kimi bütövlüyü üçün daha çox narahatlığı və ən azından Rusiyanın Türkiyəni aldatmaqla NATO-nu parçalaya biləcəyinə dair narahatlığıdır. Bunun baş verib, baş verməyəcəyi isə bu hadisələrə daha çox şübhə ilə yanaşan digər ölkələrlə iş birliyi quraraq hansı tədbirləri görəcəyindən asılı olacaqdır".

Təhməz Əsədov Son.az