Rusiya Qəzzadakı savaşdan istifadə edəcək


Dünya 16 May 2021 09:54:00 119 0

Rusiya Qəzzadakı savaşdan istifadə edəcək

Yaxın Şərqdə konfliktin gərginləşməsi dünya ictimaiyyətinin diqqətini Ukrayna problemindən yayındıracaq.

Son.az axar.az-a istinadla xəbər verir ki, bunu Ukraynanın keçmiş xarici işlər naziri Pavel Klimkin deyib.

O, Moskvanın da buna nail olmağa çalışdığını bildirib: "Rusiya az sayda oyunçulardan biridir ki, bütün Yaxın Şərqə faktiki olaraq təsirini və həmçinin hər kəslə münasibətlərin müəyyən səviyyəsini qoruyub saxlayır. Rusiya indi nə etmək istəyir? O, bu regionu öz gündəminin bir hissəsi etməyə çalışır".