II Nikolayın qızı onun şəklini istədi, çar öz sarayına qonaqlığa çağırdı


Kriminal 15 May 2021 15:00:00 78 0

II Nikolayın qızı onun şəklini istədi, çar öz sarayına qonaqlığa çağırdı

Son.az Kulis.az-a istinadən yazıçı Səfər Alışarlının "Dəli Alı" oçerkini təqdim edir.

Dəli Alı XIX əsrin sonu, XX əsrin əvvəllərində rus imperiya zülmünə qarşı mübarizə aparmaq üçün silahlanıb dağlara çəkilmiş qaçaqlardan biridir. Qaçaqlığı milli mübarizəyə meyil etdiyindən 70 illik sovet rejimi dövründə onun adı hər yerdə yasaq edilib. Yalnız son dövrlər qaçağın həyat və fəaliyyəti haqqında məqalələr yazılıb. Maraqlıdır ki, Alı haqqında ən məşhur dastanın müəllifi Azərbaycan poeziyası və aşıq sənətinin sönməz ulduzu Aşıq Ələsgərdir (1821-1926).

Dəli Alı 1857-ci ildə Şəmkirin Keçili kəndində doğulub, 1917-ci ildə hökumət tərəfindən ələ alınmış bir xain tərəfindən qətlə yetirilib. Torpaqlarımızda bugünkü erməni, rus işğalçı niyyətlərinin növbəti kəskinləşməsi fonunda oxuyub araşdırdığım ilkin mənbələrə istinadən Dəli Alının həyat və mübarizəsində 3 əsas məqamı xüsusilə qeyd etməyi vacib sayıram.

1. Qaçağın Aşıq Ələsgərlə görüşü. 2. 1905-ci ildə qaçağın öz silahlı dəstəsi ilə Gəncə əhalisini erməni-rus qətliamından xilas etməsi. 3. Romanovlar sülaləsinin 300 illik yubiley təntənələrində iştirak etmək üçün Rusiya çarı II Nikolayın dəvəti ilə Peterburqa getməsi.

Qaçağın Aşıq Ələsgərlə görüşü dastan janrının qanunlarına uyğun təsvir olunub. Görüş, eləcə də sonrakı təfsilatlar ustad aşıq tərəfindən bədahətən nəzmə çəkilib. Aşıq Ələsgər yaşının ahıl çağında Dəli Alı haqda həqiqətən bir şərəf dastanı yazıb. Bu dastanın özünü və tarixçəsini Göyçə, Gəncəbasar aşıqları da uzun müddət yada salmayıb. Son dövrlərdə dastan cilalanıb və müasir bir bədii filmin ssenarisi kimi hazır vəziyyətə gətirilib.

Dərs alıbdı o, Əliyyi-əladan Xof еyləmir Xеybər kimi qaladan. Gəzən zəlzələdən, yaman bəladan Hifz еyləsin kərəmkanı, Dəli Alı!

Məclisində duran canlar sağ olsun! Həmişə məclisdə bu damaq olsun! Sərdar bağışlasın, üzün ağ olsun! Sən sürəsən bu dövranı, Dəli Alı!

Dastanın müasir söyləyənləri birinci məqamla bağlı diqqətə çatdırırlar ki, bacısı oğlu Zeynalabdini evləndirmək və bu toyun, indiki dillə desək, bədii hissəsini Aşıq Ələsgərə həvalə etmək qərarına gələndə "artıq 25 il idi Dəli Alı qaçaqlıq edirdi". Peterburqdan Dəli Alının şəklini çəkməyə gəlmiş adamların da həmin toyda iştirak etdiyini Aşıq Ələsgər toydan qayıtdıqdan sonra vurğulayır. Şəkilçəkmə hadisəsinin məhz 1913-cü ildə baş verdiyi mənbələrdə birmənalı bildirilir.

Qeyd olunur ki, Ağkilsə kəndində toya yazılı dəvəti alanda Aşıq Ələsgərin əlində iki vazkeçilməz işi vardı ki, onlara görə o, qaçağın bacısı oğlunun toyuna gedib-getməmək haqqında xeyli düşünüb-daşınmalı olmuşdu. Bu işlərdən biri o idi ki, Göyçə dağlarında ot biçini vaxtı idi və mal-qarasına qış yemi tədarükü ilə məşğul olan aşıq üstəlik də bundan sonra başlanacaq taxıl biçininin qayğıları ilə yüklənmişdi. Aşıq Ələsgəri bu yaşda bütün Azərbaycan tanıyırdı, onun şeirlərini aşıqlar öz havacatları ilə sədd-sərhəd bilmədən İrana, Turana daşıyıb aparırdı. Ancaq, deyildiyi kimi, bu böyük el sənətkarının qayğıları və güzəranı həmkəndlilərinkindən heç nəyi ilə fərqlənmirdi. Füzuliyə Sultan 9 aqça verərək əbədi tənqidə məruz qalırdısa, aşığa heç onu da verən yox idi. Əksinə çar hökuməti, ardınca da bolşeviklər müxtəlif vergilər adı altında Azərbaycan xalqının nəinki arpa-buğdasını, mal-heyvanını, hətta otunu, samanını da talan edib aparırdı. 1837-ci ilin oktyabrında Rusiya çarı I Nikolay İrəvana gələndə İrəvan xanlığının türk-müsəlman əhalisi yolda onun qarşısını kəsib şikayət edirdilər ki, erməni, rus məmurlar vergi bəhanəsilə onların dərisini soyur, ailələrini aclıq və səfalət içində məhv edir. Lakin dil bilmədiklərinə görə bu şikayəti tükləri yolunmuş diri xoruzları çarın qarşısına buraxmaqla, yola tökdükləri qırcına od vurmaqla əyani şəkildə göstərməyə çalışırdılar. Belə bir sosial, iqtisadi şəraitdə canavarı ayaqları yaşadan kimi aşığı da gəzdiyi el-oba, dəyərli sənəti yaşadırdı.

Dastançılar deyir ki, aşığı tələsdirən ikinci məsələ oğlu Bəşirin toyunu etməkdi. Bildiyimiz kimi, bütün gəncliyini ustadlardan elm, sənət, irfan öyrənməyə xərcləmiş Aşıq Ələsgərin başı necə qarışmışdısa, 40 yaşında evlənmişdi. Bu baxımdan oğlu Bəşir də həm dünyaya gəlməyi, həm də evlənməyilə atasını müəyyən mənada təkrar etmişdi.

Xoşbulaq yaylağına gedən yolda silahlı qaçaqların dəstəsi ilə qarşılaşan Aşıq Ələsgərin Dəli Alı ilə dialoqu öz gərgin psixoloji dinamikası ilə çox maraqlıdır. Eynilə toydan geri qayıdarkən Aşıq və şagirdləri Nəcəflə Əsədin digər qaçaq Məşədi Yolçu ilə qarşılaşması da dastan janrının dialoq, saz və söz incilərindən sayıla bilər.

Aşıq Ələsgər qaçağın Xoşbulaqdakı mal-mülkünü, ilxılarını, heyvan sürülərini, toy tədarükündə yaylaqdan arana bazarlığa göndərilən ulaqlarını, eləcə də toyda kəsilən qoçun-erkəyin saysızlığını diqqətə çatdırır.

"Gördülər ki, alaçıqdan xеyli aralı çoxlu at var, amma hamısı hörüklüdür... Aşıq Ələsgər Zеynalabdından soruşdu:

- Oğul, o hörükdəkilər nə atdı?

- Ələsgər əmi, Alı dayımındı. Atları yorulduqca gəlib dəyişdirirlər.

Aşıq Ələsgər gördü ki, dağın döşündə üç sürü qoyun otlayır. Ondan aşağıda dərədə bir naxır camış var. Bu tərəfdə bir naxır mal otlayır. Gözünü o tərəf-bu tərəfə gəzdirdi, Dəli Alıgilin alaçıqlarından başqa, nə bir oba gördü, nə bir alaçıq. Zеynalabdından soruşdu:

- Oğul, bu mal-hеyvan hansı kəndindir?

- Ələsgər əmi, burada nə qədər mal-hеyvan varsa, hamısı Alı dayımındır".

Toyun 15 gününü Aşıq Ələsgər şagirdləri ilə birlikdə çalıb-oxuyur, sonra onların zəhməthaqqını artıqlaması ilə ödəyib yola salırlar. Amma toy davam edir, çünki xəbər ağızdan-ağıza yayıldıqca bir-birindən hörmətli-izzətli qonaqlar Xoşbulaq yaylağına gəlib Dəli Alı ilə şad günün bir tikə çörəyini kəsməyi özlərinə borc bilirlər. Amma toyda ağayana səxavətlə baş tutan qonaqlığın maraqlı bir məqamı haqda Aşıq Ələsgər geri, Göyçəyə dönəndən sonra başına toplaşmış kənd camaatına danışır. Dəli Alını camaata saz havasında gördüyü kimi tanıdan Aşıq Ələsgər birdən belə deyir, hətta rus sözlərini də şeirə yeridir:

Dəli Alı əl bеlində, Çiynində süzən yеridi. İsmayıl Mələk əl-mövt tək Candan can üzən yеridi; Dеdi: "Brat, bajalüstə, Gəlməsin oğlana, - dеyin!"

Çar II Nikolayın qızı böyük knyaginya Olqa rus imperiyasına qatılmış torpaqlardakı qəhrəman, cəsur döyüşçülərlə, rus ordusuna illər boyu müqavimət göstərən ayrı-ayrı xalqların qəhrəman oğulları ilə şəxsən tanış olmaq istəyirdi. Ənənə 1859-cu ildə əsir götürülərək Peterburqa aparılmış və imperiya paytaxtında böyük təntənə ilə qarşılanmış Şeyx Şamildən üzü o yana davam etməkdə idi. Əslində, bu, yerli xalqları sonadək ram etməyə yönəlik imperiya siyasətinin bir hissəsi idi. Çox güman ki, çar ailəsində bu işi Olqa xanımın incə çiyinlərinə onun şəxsi marağına görə yükləmişdilər.

1910-1916-cı illəri çarın vəliəhd oğlunun hemofiliya xəstəliyinə görə sarayda xüsusi münasibət illəri saymaq olar. Bu vaxtlar çarın arvadı Aleksandra Fyodorovna və dörd qızı - Olqa, Tatyana, Mariya və Anastasiya, eləcə də 1904-cü il təvəllüdlü vəliəhd Aleksey sarayın favoriti, ciddi psixi təsirə və fiziki gücə malik Qriqori Rasputinin məlum təsiri altında idi. Həmin illər bu sarayın divarları arasında Rasputinin iştirakı ilə baş verənlər bütün Rusiya elitasını hiddətləndirir və özlüyündə ölkədə meydan sulayan bolşeviklərin qələbəsi üçün münbit zəmin yaradırdı. Lenin 1917-ci ildə yazırdı: "... inqilab Rasputinin başçılıq etdiyi çar quldur üsul-idarəsinin çürüklüyünü, alçaqlığını, rəzilliyini və əxlaqsızlığını... göstərdi". 1913-cü ilin əvvəlində Olqa Nikolayevna Peterburqdan knyaz Qolitsini fotoqrafla (bəlkə də rəssamla!) xüsusi olaraq Xoşbulaq dağlarına yollamışdı ki, ona Dəli Alının şəklini çəkib gətirsinlər. Bax, beləcə, nə az, nə çox! Qaçaq Dəli Alının şəklini padşahın qızı istəmişdi. Niyyəti onu rus imperiyasının düşmənindən dostuna çevirməkdi.

Dəli Alı da, necə deyərlər, ucaboy, enlikürək, yaraşıqlı bir kişi idi. Zamanında rus generallarının böyrüncə Qafqazın ən ucqar nöqtələrinə qədər getmiş, döyüşlərdə, sülh anlaşmalarının imzalanmasında iştirak etmiş rus rəssamları imperiyaya ən ciddi müqavimət göstərən Qafqaz kişilərinin rəsmlərini çəkib onları vizual olaraq çar sarayına və Rusiya ictimaiyyətinə tanıdırdılar. Georgiyevski anlaşmasından, Şimali Qafqazın fəthindən, ardınca Gülüstan, Türkmənçay müqavilələrinin imzalanmasından, Şeyx Şamil hərəkatından, Qacarlar sülaləsindən qalan tarixi tabloların çoxu bu gün də rus təsviri sənətinin inciləri sırasına daxildir. Bu rəssam adları içində Sverçkov, Qaqarin, Rubo, Şarleman, Vereşaqin, Maşkov, Zalesski və başqaları var. Bununla belə, rus rəssamlarının Qafqazda realizm janrında ilhamla yaratdıqları düşmən portretlərinin hamısında çatışmayan bir mühüm və ümumi keyfiyyət var: ruslar ona şəxsiyyətin bəzəyi olan "blaqorodstvo" deyirlər. Bizim dildə "alicənablıq", "ağayanalıq" demək olar. Bunu rus rəssamları Qafqazlı düşmənlərinin obrazlarında qəsdən verməyiblər. Ayvazovski kimi türk düşməni isə realizm qanunlarını də əyərək obyektivliyi minusa endirirdi.

Ciddi axtaran olsa, bəlkə Dəli Alının da, üstəlik Aşıq Ələsgərin də portretlərini Peterburq arxivlərindən tapa bilər. Deyilənə görə, yaylağa şəkilçəkənlərlə birlikdə gəlmiş yekəpər knyaz Qolitsin Alı ilə görüşən kimi, əlini-əldən üzməmiş dərhal ona güləşməyi təklif edib. "Mən tüfənglə güləşirəm", - Alı bu gözlənilməz təklifə cavab verərək qonağı sakitləşdirib.

Gəncəbasar mahalının xidmətli tədqiqatçılarından olan Əhməd İsayev yazırdı ki, 1906-cı ildə gəncəli millət vəkili İsmayılxan Ziyadxanov Peterburqda birinci Dövlət Dumasının tribunasından bu sözləri söyləyib: "Peterburqa gələr-gəlməz əlimə keçən "Novaya vremya" qəzetinin xüsusi əlavəsində neçə il qaçaq həyatı yaşamış gəncəli bir tatarın (türkün) şəklini gördüm. Şəklin altında belə bir yazı vardı: "Qaçaqlığı haqqında dastanlar söylənilən Dəli Alı - Qafqaziyyə şeytanı". İ.Ziyadxanov həmin çıxışında qaçağı müdafiə edərək yerlərdə millətlərə qarşı imperiya zülmünün ərşə dirənməsini kəskin tənqid edib.

Röya atası ilə görüntülərini PAYLAŞDI like
  • 15 May 14:56  
Şou-biznes Röya atası ilə görüntülərini PAYLAŞDI

Xalq artisti Röya Ayxandan xəbər var.

arrow Ətraflı
"Xarıbülbül” musiqi festivalı tarixi zəfərin nidası idi" like
  • 15 May 14:49  
Siyasət "Xarıbülbül” musiqi festivalı tarixi zəfərin nidası idi"

Şuşanın tarixi görkəminin qorunması, bərpası, Azərbaycanın çoxəsrlik

arrow Ətraflı
3 uşaq anası olan Aysel gözəlliyi ilə HEYRAN ETDİ like
  • 15 May 14:46  
Şou-biznes 3 uşaq anası olan Aysel gözəlliyi ilə HEYRAN ETDİ

İllər öncə ailə quraraq səhnədən gedən müğənni Aysel Teymurzadə (Ad

arrow Ətraflı
Pərvin GÖBƏYİ AÇIQ geyimi ilə diqqət çəkdi like
  • 15 May 14:34  
Şou-biznes Pərvin GÖBƏYİ AÇIQ geyimi ilə diqqət çəkdi

Hər zaman açıq-saçıq geyimləri ilə diqqət çəkən aktrisa Pərvin Abıy

arrow Ətraflı
Bakıda xanım həkim xəstəni maşınla SÜRÜDÜ like
  • 15 May 14:28  
Digərləri Bakıda xanım həkim xəstəni maşınla SÜRÜDÜ

Bakıdakı özəl xəstəxanalardan birində xəstə ilə həkim arasında qalma

arrow Ətraflı
Ermənistanda son sutkada 13 nəfər koronavirusdan ölüb like
  • 15 May 14:22  
Dünya Ermənistanda son sutkada 13 nəfər koronavirusdan ölüb

Ermənistanda COVID-19-dan ölənlərin sayı 4 314 nəfərə çatıb.

arrow Ətraflı
İsrailFələstin qarşıdurması davam edir: like
  • 15 May 14:16  
Dünya İsrailFələstin qarşıdurması davam edir:

İsrail və Fələstin arasındakı qarşıdurma davam edir.

arrow Ətraflı
Toya görə Vasiflə Xatirə arasında qalmaqal düşdü like
  • 15 May 14:10  
Şou-biznes Toya görə Vasiflə Xatirə arasında qalmaqal düşdü

Əməkdar artist Vasif Məhərrəmli ilə müğənni Xatirə İslam arasında m

arrow Ətraflı
Rusiya ilə bunu etmək mümkünsüzdür! like
  • 15 May 14:04  
Dünya Rusiya ilə bunu etmək mümkünsüzdür!

Rusiya və NATO ölkələri arasında münasibətlərin normallaşması hazırda

arrow Ətraflı
Xatirə uzun muddət sonra AİLƏSİ İLƏ EFİRDƏ like
  • 15 May 13:52  
Şou-biznes Xatirə uzun muddət sonra AİLƏSİ İLƏ EFİRDƏ

İki ilə yaxındır efirlərdə görünməyən müğənni Xatirə İslamdan x

arrow Ətraflı
Azərbaycanın döyüş təyyarələri havaya qalxdı like
  • 15 May 13:41  
Siyasət Azərbaycanın döyüş təyyarələri havaya qalxdı

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) döyüş təyyarələri, Bayraktar

arrow Ətraflı
Ötən gecə İsrailə 200dən çox raket atılıb like
  • 15 May 13:40  
Dünya Ötən gecə İsrailə 200dən çox raket atılıb

Ötən gecə ərzində Qəzza zolağından İsrail ərazisinə 200-dən çox rak

arrow Ətraflı
Gürcüstanda daha 29 nəfər koronavirusdan ölüb like
  • 15 May 13:34  
Dünya Gürcüstanda daha 29 nəfər koronavirusdan ölüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 576 yoluxm

arrow Ətraflı