Rusiya ilə bunu etmək mümkünsüzdür!


Dünya 15 May 2021 14:04:00 126 0

Rusiya ilə bunu etmək mümkünsüzdür!

Rusiya və NATO ölkələri arasında münasibətlərin normallaşması hazırda mümkünsüzdür.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri NATO Parlament Assambleyasının üzvü Brendan Boyl deyib.

"Mövcud vəziyyətdə ittifaq Rusiyaya qarşı strateji dayanlıqlığı təmin etmək üçün mümkün olan hər şeyi etməlidir. Müttəfiq və partnyorların milli mənafelərini "Rusiya ilə dialoqu yenidən başlatmaq" eyforiyasına qurban vermək olmaz!" - deyə Boyl bildirib.

Diplomat əlavə edib ki, Rusiyanın xarici siyasətini yaxın gələcəkdə dəyişdirmək mümkünsüz görünür.