Həftənin ilk iş günü hava necə olacaq? PROQNOZ


Digərləri 15 May 2021 11:51:00 152 0

Həftənin ilk iş günü hava necə olacaq?  PROQNOZ

Mayın 16-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, mayın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20 isti, gündüz 26-31 isti, Bakıda gecə 18-20 isti, gündüz 29-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 , gündüz 40-45 faiz olacaq.

Mayın 16-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20 isti, gündüz 30-35 isti, dağlarda gecə 10-15 isti, gündüz 21-26 dərəcə isti olacaq.