Bayden Trampın imzaladığı 7 fərmanı ləğv etdi


Dünya 15 May 2021 09:49:00 134 0

Bayden Trampın imzaladığı 7 fərmanı ləğv etdi

ABŞ Prezidenti Co Bayden Donald Trampın təsdiq etdiyi yeddi fərmanı ləğv edib.

Son.az APA-ya iistinadən xəbər verir ki, bu barədə Ağ Evin məlumatında bildirilib.

Beləliklə, Tramp tərəfindən imzalanan tibbi sığorta, dotasiya, abidələrin, heykəllərin qorunması, habelə məmurların müxtəlif qayda pozduğuna görə mühakimə edilməkdən qorunması, onlayn senzuranın qarşısının alınması və s. fərmanlar artıq qüvvədən düşmüş hesab edilir.

Baydenin imzaladığı fərmanda qeyd edilib ki, bunlar ABŞ-ın maraqlarını cavab vermir.

Qeyd edək ki, ləğv edilmiş fərmanlar Tramp tərəfindən 2020-ci ilin mayından 2021-ci ilin yanvarınadək müddətdə imzalanmışdı.