Azərbaycanda indiyədək COVID19 əleyhinə peyvənd olunanların sayı açıqlan​dı


Digərləri 14 May 2021 16:40:00 146 0

Azərbaycanda indiyədək COVID19 əleyhinə peyvənd olunanların sayı açıqlan​dı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 13 107vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Son.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 127, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 980nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 761 632, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 022 479, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 739 153təşkil edir.