İrəvandan yük maşınında qaçan, özündən 24 yaş böyük direktorla evlənən,


Kriminal 14 May 2021 16:45:00 81 0

İrəvandan yük maşınında qaçan, özündən 24 yaş böyük direktorla evlənən,

Son.az Kulis.az-a istinadən böyük sənətkar, Xalq artisti Sara Qədimova haqqında maraqlı faktları təqdim edir.

Sara Qədimova 1922-ci il mayın 31-də Bakıda anadan olsa da, hər kəs onu qarabağlı kimi tanıyıb. Əslən Ağdamın Abdal-Gülablı kəndindən idi.

***

Atası Bəbiş kişinin böyük qızı idi Sara. Uşaqlıq illəri Abdal-Gülablı da keçib. Usta sənətkarların səslərinə heyran qalan Sara - Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Xan Şuşinskinin ecazkar ifalarını da ilk dəfə orda dinlədi. Atası onu Gülablıda qurulan musiqi məclislərinə aparırdı. O məclislədə xanəndələr yalnız muğamlar, xalq mahnıları oxumurdular, həm də musiqidən danışırdılar.

***

Anası qızına musiqini sevdirir, muğamların, mahnıların sözlərini öyrədirdi. Bu baxımdan ata-ana sarıdan bəxti gətirən Saranın xoşbəxtliyi qısa çəkib. Əvvəl anasını, iki il sonra isə atasını itirib. Dörd bacı, iki qardaş başsız qalıblar.

***

1938-ci ildə özfəaliyyət kollektivlərinin baxış müsabiqəsi keçirilirdi. Sara Qədimova da bu müsabiqə də iştirak edirdi. İlk dəfə nəhəng sənətkarların qarşısında çıxış edirdi. "Qatar"ı oxumağa başlayıb. Ardınca "Gəlmə-gəlmə" xalq mahnısını ifa edəndən sonra Üzeyir Hacıbəyov heyrətdən donub qalıb.

***

Sara xanımın sənətkar kimi yetişməsində Hüseynqulu Sarabski, Xan Şuşinski, Seyid Şuşinski kimi nəhəng ustadların təsiri olub. O, öz sələflərinin layiqli davamçısı olaraq ömrünün sonuna kimi klassik ifaçılıq ənənələrinə sadiq qalıb.

***

1941-ci ildə Üzeyir bəyin təklifi ilə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumuna, Hüseynqulu Sarabskinin muğam sinfinə qəbul olundu. Hüseynqulu Sarabskidən musiqi sənətinin sirlərini öyrənib. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının solisti kimi başlayan Sara Qədimova nadir istedadı sayəsində qısa müddət ərzində müğənni kimi tanınmağa, sevilməyə başlayıb.

***

22 yaşında növbəti konsertlərinin birində həyatının axarını dəyişən bir təklif alır. Sonralar Sara Qədimova xatırlayırdı: "Qədir müəllim Tibb Texnikumunun direktoru idi. Mən mamalıq şöbəsində oxuyurdum. 1944-cü ildə bir gün konsertdən sonra Qədir müəllim mənə yaxınlaşıb ciddi şəkildə "Səninlə ailə qurmaq istəyirəm", - dedi. Sara xanım ilk öncələr tərəddüd edir, buna səbəb Qədir İslamzadənin Saradan 24 yaş böyük olması idi. Ancaq Sara xanım onunla evlənir. Lakin 8 il sonra cütlük evliliklərini bitirirlər.

***

Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl prezident seçilməmişdən əvvəl Bakıda səfərdə olarkən Sara Qədimovanın ifasını dinləyib. Sara xanım o zaman Abbas Səhhətin məşhur "Könlümün sevgili məhbubu mənim, vətənimdir, vətənimdir, vətənim" qəzəlini muğam üstündə ifa edərkən Dəmirəlin çox xoşuna gəlib. Dəmirəl prezident seçiləndən sonra Sara xanımla görüşüb.

***

1944-cü ildə Xan Şuşinski ilə Sara xanım Rza şahın dəvəti ilə İrana dəvət alır. Şahın qarşısında çıxış edən Sara xanımın ifası şahı necə valeh edirsə, ona orden bağışlayır.

***

Sara Qədimovanın opera səhnəsində yaratdığı Leyli və Əsli obrazları ilə yaddaşlarda dərin iz qoyub. Onun oxuduğu "Bayatı-Şiraz", "Şur", "Şahnaz", "Qatar", "Mahur-hindi", "Xaric segah" muğamları, müxtəlif Azərbaycan xalq mahnıları ifaçılıq sənəti tariximizə qızıl hərflərlə yazılıb.

***

Sara xanım 50-ci illərdə ən çox dinləyicisi olan, sevilən sənətkarlardan idi.

"Nə vaxta qaldı", "Ay işığında", "Pıçıldaşan ləpələr", "Ürəkdir sevən səni" və daha neçə-neçə mahnısı dillər əzbəriydi. 1954-cü ildə Əməkdar artist adına da layiq görüldü.

***

Sara xanım 1969-cu ildə İrəvana qastrol səfərinə yollanır. Gecə Canəli Əkbərovla ilə Güldüzü kəndində kolxoz sədrinin evində söhbət edirlərmiş. Qəfildən qapı açılır və bir kişi içəri keçir. Konsertin hansı dildə olacağını soruşur. Sara xanım da cavab verir ki, afişada yazılıb, gedin oxuyun. Bu kişi də erməni imiş. Sabahsı günü konsertdə işıqları söndürürlər. Telefonlar kəsilir, aləm dəyir bir-birinə. Bu qarmaqarışıqlıqda Sara xanımla Canəli Əkbərov yük maşınına minib aradan çıxa bilirlər.

***

Xalq şairi Məmməd Araz onun səsinin vurğunu idi. Sara xanıma ünvanlanmış şeir də yazmışdı. Onu Azərbaycan musiqisinin "ağ çiçəyi" adlandırmışdı.

***

2003-cü ilin 12 mayında uzun sürən xəstəlikdən sonra Sara Qədimova vəfat etdi.

Azərbaycanda indiyədək COVID19 əleyhinə peyvənd olunanların sayı açıqlan​dı like
  • 14 May 16:40  
Digərləri Azərbaycanda indiyədək COVID19 əleyhinə peyvənd olunanların sayı açıqlan​dı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 13 107vaksin vurulub

arrow Ətraflı
Azərbaycanda son sutkada COVID19a yoluxanların sayı açıqlandı like
  • 14 May 16:38  
Digərləri Azərbaycanda son sutkada COVID19a yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 326 yeni yolu

arrow Ətraflı
Sərxoş sürücülər 2 nəfərin ölümünə səbəb olub like
  • 14 May 16:37  
Digərləri Sərxoş sürücülər 2 nəfərin ölümünə səbəb olub

2021-ci ilin yanvar-mart aylarında Azərbaycanda nəqliyyat vasitələrinin sə

arrow Ətraflı
Kalsium çatışmazlığının aradan qaldırılması üçün necə qidalanmalı? like
  • 14 May 16:30  
Digərləri Kalsium çatışmazlığının aradan qaldırılması üçün necə qidalanmalı?

Kalsium elementi 20-25 yaşa kimi bədəndə toplanır, sonra bir müddət stabi

arrow Ətraflı
Çində 20 gün aradan sonra COVID19 virusuna ilk daxili yoluxmalar aşkarlandı like
  • 14 May 16:22  
Dünya Çində 20 gün aradan sonra COVID19 virusuna ilk daxili yoluxmalar aşkarlandı

Çində 20 gün aradan sonra ölkə daxilində COVID-19 virusuna 3 yoluxmanın a

arrow Ətraflı
Pentaqon “Xiaomi”nin üzərindən sərmayə qadağasını götürür like
  • 14 May 16:15  
Digərləri Pentaqon “Xiaomi”nin üzərindən sərmayə qadağasını götürür

ABŞ Müdafiə Nazirliyi və Çinin elektronika nəhəngi "Xiaomi" res

arrow Ətraflı
Ceyhun Bayramovla Filip Riker arasında telefon danışığı olub like
  • 14 May 16:12  
Siyasət Ceyhun Bayramovla Filip Riker arasında telefon danışığı olub

14 may 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ-ın

arrow Ətraflı
Azərbaycanda ŞOK: Həkimlər qızı olan anaya oğlan uşağı verib yola salıblar like
  • 14 May 16:10  
Digərləri Azərbaycanda ŞOK: Həkimlər qızı olan anaya oğlan uşağı verib yola salıblar

Azərbaycanda xəstəxanada anaya qızı olduğunu deyib, oğlan uşağı verdil

arrow Ətraflı
Yer kürəsində son iki ilin ən güclü maqnit qasırğası qeydə alınıb like
  • 14 May 16:07  
Dünya Yer kürəsində son iki ilin ən güclü maqnit qasırğası qeydə alınıb

Rusiya Elmlər Akademiyası Fizika İnstitutunun Günəş Rentgen Astronomiyası

arrow Ətraflı
Paşinyanlaşan Makron: Parisdə erməni sancılarının like
  • 14 May 16:05  
Siyasət Paşinyanlaşan Makron: Parisdə erməni sancılarının

Fransa prezidenti Emmanuel Makron diplomatiyanın, siyasətin, dövlətləraras

arrow Ətraflı
Mövsümi olmayan meyvətərəvəzin zərəri: Nə etməliyik? like
  • 14 May 16:00  
Digərləri Mövsümi olmayan meyvətərəvəzin zərəri: Nə etməliyik?

Aprel ayı olmasına baxmayaraq, marketlərdə mövsümü olmayan meyvə-tərəv

arrow Ətraflı
İranda daha 202 nəfər koronavirusdan ölüb like
  • 14 May 15:52  
Dünya İranda daha 202 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 202 nəfər koronavirusdan (COVID-19) ölüb.

arrow Ətraflı
Ermənistanda hərbi hissədə kütləvi dava like
  • 14 May 15:50  
Dünya Ermənistanda hərbi hissədə kütləvi dava

Qafanda yerləşən hərbi hissənin komandiri Araik Madatyan kürd milliyyətin

arrow Ətraflı
Sürücülər məsuliyyətə cəlb olunub like
  • 14 May 15:37  
Digərləri Sürücülər məsuliyyətə cəlb olunub

Respublika ərazisində keçirilən "Təmiz hava" aylığı çərçiv

arrow Ətraflı
Əfqanıstanın dövlət başçısı Prezident İlham Əliyevə telefonla zəng edib like
  • 14 May 15:31  
Siyasət Əfqanıstanın dövlət başçısı Prezident İlham Əliyevə telefonla zəng edib

Mayın 14-də Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşr

arrow Ətraflı