Şeir yazmağa Stalinə görə başladı, evli olaola bir qadına vuruldu, arvadı sevgilisinə yazdığı şeirləri gizli oxudu


Kriminal 14 May 2021 15:00:00 60 0

Şeir yazmağa Stalinə görə başladı, evli olaola bir qadına vuruldu, arvadı sevgilisinə yazdığı şeirləri gizli oxudu

Son.az Kulis.az-a istinadən Xalq şairi Musa Yaqub haqqında maraqlı faktları təqdim edir.

Yaqubov Müsavat Səfiməmməd oğlu 1937-ci il mayın 10-da İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. Göyçay pedaqoji məktəbini bitirdikdən sonra Tircan kənd orta məktəbində müəllim, Buynuz kənd ibtidai məktəbində müəllim və müdir işləmişdi. 1967-ci ildə ADU-nun filologiya fakültəsinə daxil olub, qiyabi təhsil alır.

***

Bakıya köçəndən sonra Azərbaycan Yazıçılar İttifaqında bədii ədəbiyyatı təbliğ bürosunda direktor müavini, "Azərbaycan" jurnalında poeziya şöbəsinin müdiri vəzifəsində çalışır.

Ədəbi fəaliyyətə 1957-ci ildə "Azərbaycan" qəzetində çap olunan "İki qəlb, iki dünya" poeması ilə başlayır. İsmayıllı rayon Xalq Deputatları Sovetinin deputatı seçilir. M. F. Axundov adına mükafata layiq görülür.

***

O, 24 may 2019-cu ildə "Azərbaycan Respublikasının xalq şairi" fəxri adına layiq görülür.

***

Ən məşhur şeiri "Bu dünyanın qara daşı göyərməz"dir. Heç bir şairin şeirinə bu şeirə yazıldığı qədər nəzirə yazılmayıb.

***

"Bu dünyanın qara daşı göyərməz"lə bağlı başqa bir fakt... Sosialist inqilabının ildönümü ilə bağlı şeir məclisi təşkil olunubmuş. Bütün tanınmış şair-yazıçılar orda iştirak edirmiş. Şair Qabil Mirzə İbrahimova deyib ki, Musa Yaqubun yaxşı şeiri var, icazə verin oxusun. "Bu dünyanın qara daşı göyərməz" şeirinin sosialist inqilabının ildönümündə yaxşı qarşılanmayacağını düşünən Musa Yaqub istəyib ki, başqa şeir oxusun. Qabil israr edib ki, həmin şeir səslənsin. Musa Yaqub ayağa qalxıb şeiri deyib. İçəriyə ölü sükut çökür. Rəsul Rzanın bu yerdə səsi eşidilib: "Çox gözəl şeirdir". Və ondan sonra Musa Yaqubu gurultuyla alqışlayıblar.

Şeirin yaranma tarixçəsini Musa Yaqub belə danışır:

"Mən Əhmədli qəsəbəsində qalanda axşamlar bizim pəncərəyə işıq düşürdü. Yaxınlıqda əhəng daşı yandırırdılar. Səhərəcən o daşların səsini eşidir, onların necə əziyyət çəkdiyini hiss edirdim. Daşlar yandıqca qaralır, sonra ağarırdı. "Əhəng daşı" adlı şeir də yazdım. Amma ürəyimdə yenə nəsə qaldı. Zaman-zaman deyilə-deyilə, hallana-hallana, canımda-ruhumda bişə-bişə gəlib belə bir şeirə döndü o duyğular. Mən o şeiri yazmadım. Eləcə ayağa qalxıb Sabir adına kitabxanadakı məclislərin birində oxudum. Qabil də hamı kimi ilk dəfə orda eşitmişdi".

***

Musa Yaqub həm də təbiət şairi kimi tanınıb. Ağaclara olan sevgisi barədə ona sual veriləndə şair deyir: Ağaclara olan sevgimə görə bəlkə Allah mənə əlimdəki çəliyi mükafat verdi.

Məktəb vaxtı Sabir adlı sinif yoldaşı Stalinə şeir yazıbmış. Musa Yaqub sinfin əlaçısı idi, amma bu şeir yazmaq məsələsi onu düşündürüb. "Əlaçıyamsa gərək mən də şeir yazım" deyib və o gündən şeir yazmağa başlayıb.

***

Göyçayda bir xanıma aşiq olub. Amma bu sevgisi baş tutmayıb. Musa Yaqub o sevgidən ilhamlanaraq çoxlu şeirlər yazıb.

***

Deyilənə görə, sevdiyi qadın özündən yaşca böyük imiş. Sonradan Musa Yaqub çox çətinliklə evləndiriblər. Anası öz kəndlərindəki bir qıza elçi düşüb. Musa Yaqubun sonradan həyat yoldaşı olan həmin qız gizlicə onun məhəbbət şeirlərini oxuyurmuş. Bir gün qısqanclığı ortaya çıxır. Musa Yaquba deyir ki, mənə heç şeir yazmamısan. Şair də etiraf edir.

***

Musa Yaqub ən qalın şeir kitabı olan şairdir. Onun kitablarından biri min səhifədən çoxdur.

Musa Yaqubun 70 illik yubileyində Vaqif Səmədoğlu etiraf edib: "Musa Yaqubun yanında mənə xalq şairi deyəndə xəcalət çəkirəm. Çünki əsl xalq şairi Musa Yaqubdur".

***

Həmişə yeyib-içən adam olub Musa Yaqub. Dediyinə görə, 10 yaşından içir. Araq içməyinin tarixçəsi də maraqlıdır: "Malyariya xəstəliyinə tutulmuşdum, dəhşətli qızdırmam olurdu. Kimsə anama demişdi ki, araq içirtsən düşər. O da araq verirdi mənə".

***

Əsl adı Müsavat olub. Cümhuriyyətin şərəfinə atası qoyubmuş. Sonra "vat"ı atıblar "Musa" qalıb.

***

ABŞ hərbçiləri Əfqanıstanı tədricən tərk etməyə başlayıblar like
  • 14 May 14:54  
Dünya ABŞ hərbçiləri Əfqanıstanı tədricən tərk etməyə başlayıblar

Amerika hərbçiləri Əfqanıstanı tədricən tərk etməyə başlayıblar.

arrow Ətraflı
3ü azyaşlı olmaqla 12 nəfər xilas edilib like
  • 14 May 14:49  
Digərləri 3ü azyaşlı olmaqla 12 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə dü

arrow Ətraflı
Bu ölkə xarici turistlərə qoyulan bütün məhdudiyyətləri ləğv etdi like
  • 14 May 14:44  
Dünya Bu ölkə xarici turistlərə qoyulan bütün məhdudiyyətləri ləğv etdi

Yunanıstan xarici turistlərə qoyulan bütün məhdudiyyətləri ləğv edər

arrow Ətraflı
"Ən böyük arzum həyata keçdi" like
  • 14 May 14:34  
Şou-biznes "Ən böyük arzum həyata keçdi"

Müğənni Tunar Rəhmanoğlu da işğaldan azad edilən Şuşaya gedən məşhu

arrow Ətraflı
Təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə qarşı reyd olub like
  • 14 May 14:29  
Digərləri Təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə qarşı reyd olub

Qaxda təhlükəsizlik kəmərindən istifadən etməyən sürücülər barəsin

arrow Ətraflı
İsraildə raket zərbələrindən like
  • 14 May 14:09  
Dünya İsraildə raket zərbələrindən

İsrailə endirilən raket zərbələri nəticəsində ölənlərin sayı yeddiy

arrow Ətraflı
Ramana qəsəbəsində içməli su problemi yaşanır like
  • 14 May 14:04  
Digərləri Ramana qəsəbəsində içməli su problemi yaşanır

Paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda içməli

arrow Ətraflı
Ağadadaş Ağayevin son durumu like
  • 14 May 13:59  
Şou-biznes Ağadadaş Ağayevin son durumu

Xalq artisti Ağadadaş Ağayevin əməliyyatı başa çatsa da, müalicəsi uzu

arrow Ətraflı
Debüt Film Studiyasının təşkil etdiyi INTERACT Online master klasslarının ilk mərhələsi başladı like
  • 14 May 13:56  
Kriminal Debüt Film Studiyasının təşkil etdiyi INTERACT Online master klasslarının ilk mərhələsi başladı

Bu gün Debüt Film Studiyasının təşkil etdiyi INTERACT Online master klassl

arrow Ətraflı
Zabrat şossesində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb like
  • 14 May 13:54  
Digərləri Zabrat şossesində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb

Sabunçu rayonmu Zabrat şossesində Zabrat qəsəbəsi istiqamətində Musa Bay

arrow Ətraflı
Reklamdan 1 milyon qazandı like
  • 14 May 13:49  
Şou-biznes Reklamdan 1 milyon qazandı

Aktrisa Alina Boz yeni reklam çarxı ilə ekranlara qayıtmağa hazırlaşır.

arrow Ətraflı
Həkimdən iyrənc əməl: like
  • 14 May 13:44  
Dünya Həkimdən iyrənc əməl:

Türkiyədə xəstəxanaların birində əməliyyat edilən qız anestezioloq t

arrow Ətraflı
Sirkə turşusu içən 85 yaşlı kişi xəstəxanada öldü like
  • 14 May 13:39  
Digərləri Sirkə turşusu içən 85 yaşlı kişi xəstəxanada öldü

Gəncə şəhərində iki gün bundan əvvəl sirkə turşusu içən yaşlı ki

arrow Ətraflı
İlon Mask bu həftə 20 mlrd. dollar itirib like
  • 14 May 13:34  
Dünya İlon Mask bu həftə 20 mlrd. dollar itirib

"Tesla Motors" şirkətinin baş direktoru İlon Maskın sərvəti hə

arrow Ətraflı