Ramana qəsəbəsində içməli su problemi yaşanır


Digərləri 14 May 2021 14:04:00 165 0

Ramana qəsəbəsində içməli su problemi yaşanır

Paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsi, Südçülük sovxozunda içməli su problemi yaşanır.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, sakinlər 3 aydır ki, içməli su üzünə həsrət qalıblar.

Onlar suya olan ehtiyaclarını əllərində vedrə ilə kilometrlərlə məsafə qət edərək ödəməyə çalışırlar.

Elşən Məhərrəmli küçəsində yataqxana tipli ikimərtəbəli binada yaşayan 30-40 ailə deyir ki, təxminən 3 aydır içməli suları kəsilib.

Əlacsız qalan sakinlər suya olan tələbatlarını bir çox hallarda su satan xüsusi avtomobillərdən 15-20 manata almaqla ödəyirlər. Bu su da sakinlərə cəmi 3 gün çatır.

Qəsəbənin digər ərazilərində də içməli su problemi yaşanır. Su sakinlərə uzun fasilələrlə verilir.

Məsələ ilə bağlı ''Azərsu'' Açıq Səhimdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı ''Xəzər Xəbər''ə bildirdi ki, həmin əraziyə su qrafik rejimi ilə verilir.