Həkimdən iyrənc əməl:


Dünya 14 May 2021 13:44:00 137 0

Həkimdən iyrənc əməl:

Türkiyədə xəstəxanaların birində əməliyyat edilən qız anestezioloq tərəfindən zorlanıb.

Son.az SİA-ya istinadən bildirir ki, həkim 23 yaşlı qıza əməliyyat olunmaq üçün narkoz verib.

Qadına narkoz verən anestezioloq otaqda həkimlərin olmadığından istifadə edərək qızı zorlayıb. Bakirəliyini itirən qızın ailəsi həmin xəstəxananı və anestezioloqu məhkəməyə verib.

Qızı zorlamaqda günahlandırılan S.S. haqqında səslənən ittihamları qəbul edib. Dövlət ittihamçısı onun 40 il azadlıqdan məhrum edilməsini istəyib.

Hakimin qərarı ilə qızın bakirəliyini pozan və xəstəxananın imicinə zərər vuran kişi 27 il müddətinə azadlıqdan məhrum edilib.