Sirkə turşusu içən 85 yaşlı kişi xəstəxanada öldü


Digərləri 14 May 2021 13:39:00 167 0

Sirkə turşusu içən 85 yaşlı kişi xəstəxanada öldü

Gəncə şəhərində iki gün bundan əvvəl sirkə turşusu içən yaşlı kişi bu gün xəstəxanada dünyasını dəyişib.

Son.az xəbər verir ki, ölən şəxs 1936-cı il təvəllüdlü Ziyad Əli oğlu Məmmədovdur. Qeyd edək ki, hadisə mayın 12-də şəhərin Bəxtiyar Əliyev küçəsində qeydə alınıb. Belə ki, Z. Məmmədov zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstəyə lazımi tibbi yardım göstərilib. Lakin həkimlərin müdaxiləsinə baxmayaraq bu gün səhər saatlarında Z. Məmmədov dünyasını dəyişib. 85 yaşlı kişinin hansı səbəbdən sirkə turşusu içərək zəhərlənməsi məlum deyil.

Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.