Azərbaycanda azyaşlı gəlinin ŞOK ETİRAFLARI: “O gecəni unutmadım...”


Kriminal 14 May 2021 10:44:00 62 0

Azərbaycanda azyaşlı gəlinin ŞOK ETİRAFLARI: “O gecəni unutmadım...”

Xaçmaz rayonunda 1994-cü il təvəllüdlü Asim yetkinlik yaşına çatmayan qızla ailə həyatı qurduğu və onunla cinsi əlaqəyə girdiyi üçün barəsində cinayət işi başlanıb.

Son.az Teleqraf.com-a istinadən bildirir ki, Asim qarşılıqlı razılığa əsasən ailə həyatı qurmaq məqsədi ilə özündən 8 yaş kiçik olan 2002-ci il təvəllüdlü Sevda ilə cinsi əlaqədə olub.

İstintaq orqanı tərəfindən Asimin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Asim elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Sevdanı 2016-cı ilin yay aylarından görüb və tanıyıb: "Sevdanın anası ilə atası boşanıblar, sonradan atası başqa bir qadınla ailə qurub. Sevda ilə tanışlıqdan sonra aramızda sevgi münasibətləri yarandı və biz qarşılıqlı olaraq bir-birimizi sevməyə başladıq. Bir-birimizi sevməyimizi evlərimizdə hər iki tərəfin valideynləri də bildi. Hətta 2017-ci ilin təxminən avqustunda valideynlərim Sevda üçün elçi getdi və hər iki tərəfin valideynlərinin razılığı ilə biz nişanlandıq. Həmin vaxt Sevdanın on altı yaşının tamam olmadığını bilmişəm".

Asimin sözlərinə görə, 2017-ci il tarixdə Sevda ilə ailə qurmaq barədə razılaşıb: "Sevdaya bu məqsədlə bizim evimizə getməyi təklif etdim. O, etiraz etmədi və könüllü olaraq mənimlə birlikdə yaşadığım evə gəldi. Həmin gün təxminən saat 21 radələrində yaşadığım evdə Sevdanın razılığına əsasən təbii yolla cinsi əlaqədə oldum və qızlıq bəkarətini pozdum. Bunu həm mənim, həm də Sevdanın valideynləri bildi. Hər iki tərəfin valideynləri bizim ər-arvad kimi birgə yaşamağımıza etiraz etmədilər".

Təqsirləndirilən qeyd edib ki, bundan sonra həmin tarixdən 2019-cu ilin oktyabr ayına kimi valideynlərinə məxsus evdə, 2019-cu ilin oktyabr ayından 2020-ci ilin mart ayınadək isə Xaçmaz şəhərində kirayə tutduğu evdə Sevda ilə qeyri-rəsmi ər-arvad kimi birgə yaşayıb: "Hətta sonradan Sevdanın valideynləri müəyyən cehizlik əşyalar da verdi. 2020-ci ilin təxminən fevral-mart aylarında kirayədə qaldığımız evdə Sevda mənimlə kobud davrandığından bununla bağlı ona iradımı bildirdim. Buna görə də o, küsərək anasının yanına getdi.

Sevda gedəndən sonra mən də öz evimizə qayıtdım. Kirayə pulunu verə bilmədiyimdən Sevdanın cehizlik əşyaları kirayədə yaşadığımız evdə qaldı. Bundan sonra Sevda bir neçə dəfə cehiz əşyalarını qaytarmağımı tələb etdi. Sevdadan mənə bir qədər vaxt verməsini xahiş edərək imkan olan kimi evin kirayə pulunu ödəyib, əşyaları oradan götürəcəyimi dedim. Lakin Sevda mənə inanmadı, Xaçmaz rayon prokurorluğuna barəmdə şikayət etdi".

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Sevdanın sözlərinə görə, 2013-cü ildə atası ilə anası rəsmən boşanınlar: "Buna baxmayaraq, onların hər ikisi ilə münasibətim yaxşı olub. Həm atamgildə, həm də anamla birlikdə qalmışam. Asimi 2017-ci ildən tanımışam. Tanışlıqdan sonra münasibətlərimiz sevgi münasibətlərinə çevrildi. Hətta həmin ərəfələrdə Asimin valideynləri bizə elçi də gəldi. Lakin azyaşlı olduğumdan valideynlərim bizim evlənməyimizə razılıq vermədilər".

Sevda qeyd edib ki, 2017-ci ildə Asimlə öz aralarında ailə həyatı qurmaq barədə razılaşıblar: "Bu məqsədlə özüm könüllü Asimə qoşularaq onun yaşadığı evə getdim. Asim evdə öz valideynlərinə ailə həyatı qurmaq istədiyimizi və mənim evə bu məqsədlə gəldiyimi dedi. Özüm də Asimin valideynlərinə onunla bir-birimizi sevdiyimizi və buna görə Asimə qoşularaq onların evinə gəldiyimi bildirdim. Asimin valideynləri məni qəbul etdi".

Sevda bildirib ki, həmin gün Asim yaşadıqları qeyd olunan ünvanda özünün razılığına əsasən onunla cinsi əlaqədə olaraq bakirəliyini pozub: "Bir neçə gündən sonra valideynlərim Asimgilin evinə, yanıma gəldi. Söhbət əsnasında öz valideynlərimə də Asimlə bir-birimizi sevdiyimizi və buna görə özümün könüllü olaraq Asimə qoşularaq evlərinə gəldiyimi bildirdim.

Anam mənim vəziyyətimi və evimizə qayıtmaq istəyib-istəmədiyimi soruşdu. Anama hər şeyin yaxşı olduğunu, mənə yaxşı baxıldığını və geri, öz evimizə qayıtmaq istəmədiyimi dedim. Sonradan Asim bizim üçün ayrılmış otağı təmir etdirdi və həmin otaqda ər-arvad kimi birgə yaşamağa başladıq".

Sevdanın sözlərinə görə, 2019-cu ilin oktyabrında Asimin anası Afət onları yola verməyib: "Bu səbəbdən evdən çıxdıq, kirayədə yaşamağa başladıq. Sonradan Asim qaldığımız evin kirayə pulunu ödəyə bilmədiyindən məni ataraq yenidən valideynlərinin yanına qayıtdı. 2020-ci ilin fevralında anam bundan xəbər tutdu, məni öz yanına apardı. Bundan sonra Asimin barəsində Xaçmaz rayon Prokurorluğuna şikayət ərizəsi verdim".

Sevda həmçinin bildirib ki, təqsirləndirilən şəxs onunla cinsi əlaqədə olaraq bakirəliyini pozub, belə bir hadisə onun üçün əlamətdar olduğundan həmin tarixi unutmayıb.

Sevdanın ifadəsinə görə, Asimlə ailə qurmaq üçün özü könüllü olaraq ilk dəfə evi tərk etdiyi vaxt atasının onun axtarışı barədə polis şöbəsinə müraciət etdiyini Asim ona deyib: "Həmin tarixdə Asim məni polis şöbəsinə gətirdi. Asimin anası Afətlə münasibətlərimiz əvvəllər yaxşı olub. Lakin sonradan Afətlə əri Səmid arasında baş verən mübahisələr, söhbətlər barədə Asimə məlumat verməyimi Afət bildi. Bununla da münasibətlərimiz korlandı. Afət on səkkiz yaşım tamam olandan sonra valideynlərimin evinə geri qaytaracağını dedi".

Bu cinayət işi Xaçmaz rayon Məhkəməsində hakim Anar Sadıqovun sədrliyi ilə araşdırılıb.

Asim 1 il 3 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

"Xarıbülbül” musiqi festivalının mədəni və siyasi əhəmiyyəti böyükdür" like
  • 14 May 10:41  
Siyasət "Xarıbülbül” musiqi festivalının mədəni və siyasi əhəmiyyəti böyükdür"

"Xarıbülbül" musiqi festivalının ölkəmiz üçün mədəni və s

arrow Ətraflı
Ancelina Coli Bred Pittdən ayrıldıqdan sonrakı həyatından danışdı like
  • 14 May 10:39  
Digərləri Ancelina Coli Bred Pittdən ayrıldıqdan sonrakı həyatından danışdı

2016-cı ildə Bred Pittdən ayrıldıqdan sonra Ancelina Coli heç kimlə sevgi

arrow Ətraflı
Donetsk ekoloji fəlakətə sürüklənir like
  • 14 May 10:34  
Dünya Donetsk ekoloji fəlakətə sürüklənir

Donetskin Yuzovsk məntəqəsində və Xabarovskda şist qazı ilə bağlı apar

arrow Ətraflı
Tokio Olimpiadasının əleyhinə olan petisiya 350 mindən çox imza toplayıb like
  • 14 May 10:29  
Dünya Tokio Olimpiadasının əleyhinə olan petisiya 350 mindən çox imza toplayıb

Yapon vəkil və siyasətçi Kenci Utsunomiyanın təşəbbüskarı olduğu Toki

arrow Ətraflı
"Səhvlərimə görə bu yerə çatmışam" like
  • 14 May 10:24  
Şou-biznes "Səhvlərimə görə bu yerə çatmışam"

Xalq artisti Aygün Kazımova sənət yolunda bir çox çətinliklərin öhtəsi

arrow Ətraflı
Virusa yoluxan uşağa bu dərmanı verməyin like
  • 14 May 10:19  
Digərləri Virusa yoluxan uşağa bu dərmanı verməyin

"Uşaqlarda 3 gün davamlı hərarət varsa, həkimə müraciət etmək laz

arrow Ətraflı
Zakir Həsənov azad edilmiş ərazilərdə olub like
  • 14 May 10:16  
Siyasət Zakir Həsənov azad edilmiş ərazilərdə olub

Müdafiə naziri general-polkovnik Zakir Həsənov azad edilmiş ərazilərdə y

arrow Ətraflı
Türkiyəİran sərhədində atışma: like
  • 14 May 10:14  
Dünya Türkiyəİran sərhədində atışma:

Türkiyənin Ağrı şəhərində, İranla sərhəd xəttində xidmətdə olan p

arrow Ətraflı
Aslı onunla tərəf müqabili olacaq like
  • 14 May 10:09  
Digərləri Aslı onunla tərəf müqabili olacaq

"Sen yaşamaya bak" filminin baş rol simaları bəlli olub.

arrow Ətraflı
Onlarla ölkə koronavirusa qarşı vaksinin like
  • 14 May 10:04  
Dünya Onlarla ölkə koronavirusa qarşı vaksinin

Zəngin ölkələrin koronavirusa qarşı vaksin ehtiyatları olsa da, yoxsul ö

arrow Ətraflı
Bu şəxslə bağlı əhaliyə müraciət olundu like
  • 14 May 09:59  
Digərləri Bu şəxslə bağlı əhaliyə müraciət olundu

Şabran rayon sakini olan 20 yaşlı İlkin Hüseynov Bakıda itkin düşüb.

arrow Ətraflı
Aktyor reanimasiyadan çıxdı like
  • 14 May 09:54  
Digərləri Aktyor reanimasiyadan çıxdı

"Sadakatsız" serialında rol alan aktyor Burak Sergenden sevənlərin

arrow Ətraflı
“Google” İtaliyada 100 milyon avrodan artıq cərimə ödəməlidir like
  • 14 May 09:49  
Dünya “Google” İtaliyada 100 milyon avrodan artıq cərimə ödəməlidir

"Google" texnologiya şirkəti azad rəqabətin qarşısını aldığ

arrow Ətraflı
Nikol Rusiyadan əlini üzdü, Makrona yalvardı like
  • 14 May 09:39  
Dünya Nikol Rusiyadan əlini üzdü, Makrona yalvardı

Zəngəzur istiqamətində Azərbaycan Ordusunun dövlət sərhədini bərpa etm

arrow Ətraflı
Şuşanın İcra başçısı yenə mürgülədi: like
  • 14 May 09:34  
Digərləri Şuşanın İcra başçısı yenə mürgülədi:

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov "Xarıbülb

arrow Ətraflı