Silvestr Stallone malikanəsini satır


Digərləri 14 May 2021 11:39:00 130 0

Silvestr Stallone malikanəsini satır

Amerikalı aktyor və rejissor Silvestr Stallone Los-Ancelesdəki malikanəsini təkrarən satışa çıxarıb.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə "Mansion Global" nəşri məlumat yayıb.

140 sotluq ərazinin dəyəri 85 milyon dollardır.

Məşhur bu mülkü ilk dəfə yanvar ayında satışa çıxarıb. O zaman daşınmaz əmlaka 110 milyon dollar qiymət qoyulub.

Pandemiya şəraitində bahalı əmlakın satışındakı çətinlikləri nəzərə alan Stallone mülkün dəyərini 25 milyon dollar endirib. Son.az