Şuşanın İcra başçısı yenə mürgülədi:


Digərləri 14 May 2021 09:34:00 162 0

Şuşanın İcra başçısı yenə mürgülədi:

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov "Xarıbülbül" musiqi festivalını izləyərkən yuxuya gedib.

Son.az Pravda.az-a istinadən bildirir ki, B.Səfərovun fotosu sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Qeyd olunub ki, icra başçısı 2018-ci ildə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda da yuxuya getmişdi. B.Səfərovla əlaqə saxlasaq da, zənglərimizə cavab vermədi.

Son.az