Qadınların cinsi problemlərinin səbəbi


Digərləri 13 May 2021 16:45:00 208 0

Qadınların cinsi problemlərinin səbəbi

Yuxu çatışmazlığı qadınların cinsi problem riskini təxminən iki qat artırır.

Son.az Lent.az-a istinadla bildirir ki, araşdırmaya görə, pis yuxu cinsi istəyi azaldır və zövq səviyyələrini aşağı salır.   Araşdırma orta yaşları 53 təşkil edən 3400-dən çox qadın iştirak edib. Elm adamları onlardan yuxu keyfiyyəti ilə bağlı sualları cavablandırmalarını və cinsi həyatlarından məmnunluq səviyyələrini qiymətləndirmələrini istəyib. Hər gecə beş saatdan az yatan respondentlərin tərəfdaşla yaxınlıqdan daha az zövq aldıqları qeyd olunur.   "Yorğun bir qadından yuxu ilə seks arasında seçim etməsini istəsəniz, yuxunu seçər", - Meyi klinikası qadın sağlamlığı mərkəzinin rəhbəri Stefani Fobion deyib.

O, zəif yuxunun ürək-damar xəstəliklərinə də səbəb ola biləcəyini söyləyib.

Bundan əvvəl yuxu pozğunluqlarına qarşı mübarizə haqqında bir kitab yazanaAmerikalı nevroloq Kris Uinter, daha tez yuxuya getmək və daha yaxşı yatmaq istəyənlər üçün bəzi tövsiyələr verib.

Yuxusuzluqdan əziyyət çəkən insanlara yataq otağındakı temperaturu bir neçə dərəcə aşağı salmağı tövsiyə edib.

Son.az