İranda ötən sutka 297 nəfər koronavirusdan ölüb


Dünya 13 May 2021 16:37:00 207 0

İranda ötən sutka 297 nəfər koronavirusdan ölüb

İranda ötən sutka ərzində 297 nəfər koronavirusdan (COVID-19) ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib. Bununla da İranda bu virusdan ölənlərin sayı 76 231 nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 14 246 nəfər koronavirusa yoluxub. Beləliklə ölkədə bu virusa yoluxanların sayı 2 722 007 nəfərə çatıb. Virus daşıyıcılarından 5 481 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 2 179 890 nəfər koronavirusdan sağalıb, 17,6 milyondan çox diaqnoz testi həyata keçirilib.