Gürcüstan koronavirusa qarşı "Sinovac" vaksininin tətbiqinə başlayır


Dünya 13 May 2021 15:52:00 167 0

Gürcüstan koronavirusa qarşı "Sinovac" vaksininin tətbiqinə başlayır

"Yeni növ koronavirus (COVID-19) əleyhinə Çin istehsalı olan "Sinovac" vaksininin tətbiq edilən digər vaksinlərdən daha az yan təsirləri var".

Son.az APA-ya istinadən bildirir ki, bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze deyib. Bildirib ki, ÜST-ün vaksinlə bağlı ilkin qiymətləndirməsində onun "kifayət qədər yaxşı" olduğu qeyd olunub.

A. Qamkrelidze qeyd edib ki, dünyada 100 milyondan çox adamın peyvəndlənməsində istifadə edilən "Sinovac" vaksininin Gürcüstanda tətbiqinə gələn həftədən başlanacaq.

Qeyd edək ki, Çin ötən ay Gürcüstana 100 min doza "Sinovac" vaksini hədiyyə edib.

Son.az