30 yaşlı oğlanın 14 yaşlı qohum qızla MACƏRASI...


Kriminal 13 May 2021 14:44:00 88 0

30 yaşlı oğlanın 14 yaşlı qohum qızla MACƏRASI...

Sabirabad rayonunda 14 yaşına çatmayan qızla cinsi əlaqədə ittiham olunan 1991-ci il təvəllüdlü Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Teleqaraf.com-a istinadən bildirir ki, Rasim Məmmədov 20 yanvar 2020-ci il tarixdə yaşadığı Sabirabad rayonu Beşdəli kəndindəki evinə qonaq gəlmiş qohumu, 2006-cı il təvəllüdlü Səbinə Əhmədova (ad və soyad şərti verilib - red.) ilə yaşadığı evin yataq otağında cinsi əlaqədə olub.

Azyaşlı qızın bakirəliyi pozulandan sonra Rasim Məmmədovun onunla evlənməsinə şərait yaradılıb.

Bu səbəbdən Səbinə Əhmədova fevralın 1-də Rasim Məmmədovun yaşadığı evə gətirilib.

Rasim Məmmədov 14 yaşlı qızla fevralın 27-dək olan müddətdə qeyri-rəsmi ər-arvad münasibətlərində yaşayıblar.

Bu müddət ərzində Rasim Məmmədov dəfələrlə 14 yaşına çatmayan qızla cinsi əlaqədə olub.

Bu barədə fakt hüquq-mühafizə orqanlarına çatandan sonra əməliyyat tədbiri görülüb. Rasim Məmmədov həbs olunub.

İstintaq orqanı tərəfindən Rasim Məmmədovun barəsində Cinayət Məcəlləsinin 152.2-ci (on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rasim Məmmədov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, qeyd edib ki, Səbinə Əhmədovanı sevir: "Səbinə də məni sevir. Biz həmişə birlikdə olacağıq".

Zərərçəkmiş Səbinə Əhmədova da təqsirləndirilən şəxsin ifadəsinə uyğun danışıb. O qeyd edib ki, Rasim Məmmədova qarşı heç bir tələbi yoxdur.

Sabirabad rayon Məhkəməsinin hökmü ilə Rasim Məmmədov 3 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Rasim Məmmədovun vəkili apelyasiya şikayəti verib. O, müdafiə etdiyi şəxsin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edilməsini istəyib.

Şirvan Apelyasiya Məhkəməsinin qərarı ilə Rasim Məmmədovun vəkilinin şikayəti təmin olunmayıb.

Son.az 

Hülya Avşar "Masumiyet"in heyəti ilə dava etdi like
  • 13 May 14:39  
Şou-biznes Hülya Avşar "Masumiyet"in heyəti ilə dava etdi

Aktrisa Hülya Avşar rol aldığı "Masumiyet" serialının yaradıc

arrow Ətraflı
Şəkidə avtoxuliqan saxlanılıb like
  • 13 May 14:34  
Digərləri Şəkidə avtoxuliqan saxlanılıb

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçiril

arrow Ətraflı
Ayasofyada 87 il sonra bayram namazı qılındı like
  • 13 May 14:31  
Dünya Ayasofyada 87 il sonra bayram namazı qılındı

Bu gün İstanbulun Ayasofya məscidində 87 il sonra ilk bayram namazı qılın

arrow Ətraflı
Bakıda mənzildən meyit tapılıb like
  • 13 May 14:29  
Digərləri Bakıda mənzildən meyit tapılıb

Bakıda mənzildən qadın meyiti tapılıb.

arrow Ətraflı
Peskov: “PutinBayden görüşünə dair hələlik heç bir razılıq yoxdur” like
  • 13 May 14:27  
Dünya Peskov: “PutinBayden görüşünə dair hələlik heç bir razılıq yoxdur”

Rusiya Prezidenti Vladimir Putinin amerikalı həmkarı Co Baydenlə mümkün g

arrow Ətraflı
Ötən gün 23 yanğına çağırış olub, 8 nəfər xilas edilib like
  • 13 May 14:24  
Digərləri Ötən gün 23 yanğına çağırış olub, 8 nəfər xilas edilib

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə dü

arrow Ətraflı
İsrailFələstin toqquşmasında ölənlərin sayı 78əçatıb like
  • 13 May 14:19  
Dünya İsrailFələstin toqquşmasında ölənlərin sayı 78əçatıb

İsrail-Fələstin toqquşmasında ölənlərin sayı 78-əçatıb.

arrow Ətraflı
İlqar Xəyal həyat yoldaşından, fəxri ad almamasından gileyləndi like
  • 13 May 14:14  
Şou-biznes İlqar Xəyal həyat yoldaşından, fəxri ad almamasından gileyləndi

"Həyat yoldaşım evdə deyinirdi ki, kişi də saat 12-yə kimi yatar? Du

arrow Ətraflı
Rusiyada son sutkada koronavirusdan 392 nəfər ölüb like
  • 13 May 14:09  
Dünya Rusiyada son sutkada koronavirusdan 392 nəfər ölüb

Rusiyada son sutka ərzində daha 8380 nəfər yeni növ koronavirusa (COVID-19)

arrow Ətraflı
Avtomobillərin ehtiyat hissələri niyə ölkəmizdə istehsal olunmur? like
  • 13 May 14:04  
Digərləri Avtomobillərin ehtiyat hissələri niyə ölkəmizdə istehsal olunmur?

Son günlər katalizatorların qiymətinin bir neçə dəfə bahalaşması belə

arrow Ətraflı
Türkmənbaşı limanına ilk dəfə yan alan "Azərbaycan" gəmibərəsi belə qarşılandı like
  • 13 May 13:54  
Digərləri Türkmənbaşı limanına ilk dəfə yan alan "Azərbaycan" gəmibərəsi belə qarşılandı

Türkmənistanın Türkmənbaşı limanına ilk dəfə yan alan "Azərbayca

arrow Ətraflı
Gəncədə avtomat və qumbara tapılıb like
  • 13 May 13:49  
Digərləri Gəncədə avtomat və qumbara tapılıb

Kəpəz rayonunda silah-sursat aşkar edilib.

arrow Ətraflı
Neftçala sakini narkotiklə saxlanılıb like
  • 13 May 13:44  
Digərləri Neftçala sakini narkotiklə saxlanılıb

Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisin

arrow Ətraflı