Peskov: “PutinBayden görüşünə dair hələlik heç bir razılıq yoxdur”


Dünya 13 May 2021 14:27:00 158 0

Peskov: “PutinBayden görüşünə dair hələlik heç bir razılıq yoxdur”

Rusiya Prezidenti Vladimir Putinin amerikalı həmkarı Co Baydenlə mümkün görüşünə dair hələlik razılıq əldə olunmayıb.

Son.az APA-ya istinadən bildirir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Hələlik bu barədə heç bir razılıq yoxdur. Rusiya-ABŞ sammiti mövzusu əvvəlki kimi müzakirə və analiz mərhələsindədir", - deyə Kremlin sözçüsü vurğulayıb.