Bakıda mənzildən meyit tapılıb
Digərləri 13 May 2021 14:29:00 190 0
Bakıda mənzildən qadın meyiti tapılıb.
Son.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1969-cu il təvəllüdlü Abbasova Arzu Əjdər qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.
Mənbə: milli.az