Gəncədə avtomat və qumbara tapılıb


Digərləri 13 May 2021 13:49:00 161 0

Gəncədə avtomat və qumbara tapılıb

Kəpəz rayonunda silah-sursat aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən xəbərə görə, Kəpəz Rayon Polis İdarəsi əməkdaşları tərəfindən Gəncə şəhəri ərazisində 1 ədəd nömrəsi silinmiş "AK-74" markalı avtomat silahı, 6 ədəd patron, 1 ədəd "UZRQM" alışdırıcısı və "F-1" qumbarası tapılıb.