BMTnin Fələstin və İsrail üzrə iclası


Dünya 13 May 2021 10:24:00 745 0

BMTnin Fələstin və İsrail üzrə iclası

Tunis, Norveç və Çin Fələstin-İsrail münaqişəsi zonasındakı gərginliyin eskalasiyasını müzakirə etmək üçün BTM Təhlükəsizlik Şurasının yaxın zamanda açıq iclasının keçirilməsini istəyiblər.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "TASS"a Təhlükəsizlik Şurasındakı mənbə deyib.

Mənbə bildirib: "Çin,Tunis və Norveç Fələstin və İsrail ətrafındakı vəziyyətlə bağlı cümə günü açıq görüşün keçirilməsini istəyib. Qərar yaxın zamanda cari ay Təhlükəsizlik Şurasının sədri olan Çin tərəfindən qəbul ediləcək".