BakıQuba yolunda "KamAZ" aşıb,


Digərləri 13 May 2021 10:09:00 168 0

BakıQuba yolunda "KamAZ" aşıb,

Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası olub.

Son.az bildirir ki, hadisə Bakı-Quba-Rusiya Federasiyası yolunun 112-ci kilometrliyində qeydə alınıb.

Quba rayonunun Barlı kənd sakini, 1983-cü il təvəllüdlü Zakir Ələsgər oğlu Quliyevin idarə etdiyi "KamAZ" markalı yük avtomobili hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun sol tərəfindəki maneəyə çırpılaraq aşıb.

Qəza nəticəsində sürücü hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.