ABŞda yanacaq qıtlığı: yanacaqdoldurma məntəqələrinin, təxminən yarısı işini dayandırıb


Dünya 13 May 2021 09:54:00 109 0

ABŞda yanacaq qıtlığı: yanacaqdoldurma məntəqələrinin, təxminən yarısı işini dayandırıb

Corciya, Şimali və Cənubi Karolina, Virciniya ştatlarında yanacaqdoldurma stansiyalarının təxminən yarısı fəaliyyətini dayandırıb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə yerli avtomobil sürücüləri bildirib.

Məlumata görə, Vaşinqtonda isə yanacaqdoldurma məntəqələrinin yalnız 10 faizi benzinsiz qalıb.

Alabama, Florida, Kentukki, Merilend, Mississippi, Tennessi və Qərbi Virciniyada da yanacaq qıtlığı müşahidə edilib.

Lakin şimal-şərq ştatlarında oxşar çətinliklər yaşanmayıb. Nyu-Yorkdakı sürücülər yanacaqla bağlı məntəqələrdə problemlə üzləşmədiklərini deyiblər.

Buna baxmayaraq, yanacaqla bağlı şimal-şərq ştatlarında da problemin yaranacağı istisna edilmir.