Çində koronavirusla bağlı son vəziyyət açıqlandı


Dünya 13 May 2021 09:44:00 126 0

Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

Çində son sutka ərzində 9 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "worldometers.info"da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 90 808-ə yüksəlib, ölənlərin sayı əvvəlki kimi 4 636-dır. Ümumilikdə 85 881 xəstə sağalıb.

Ölkədə 291 aktiv koronavirus xəstəsi var ki, onlardan da 1-nin vəziyyəti ağır qiymətləndirilir.