Qəzza zolağından İsrail ərazisinə
Dünya 13 May 2021 09:34:00 135 0
Son bir neçə gün ərzində Qəzza zolağından İsrail ərazisinə 1,5 mindən artıq raket atılıb.
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə İsrail Müdafiə Ordusunun "Twitter" səhifəsində bildirilir.
Məlumatda deyilir: "Son 3 gün ərzində HƏMAS hərəkatının silahlılar Qəzza zolağından israil ərazisinə 1,5 mindən artıq raket atıblar".
Qeyd edək ki, mayın 10-dan İsrail ordusu və Qəzza zolağındakı Fələstin qruplaşmaları arasında raket hücumları davam edir. Raket hücumları Şərqi Qüdsdə Əl-Əqsa məscidi yaxınlığında baş verən iğtişaşlardan sonra başlayıb.
Mənbə: milli.az