Azərbaycanda dəhşətli hadisə Bir ailənin 5 üzvü xəsarət aldı


Digərləri 12 May 2021 18:40:00 171 0

Azərbaycanda dəhşətli hadisə  Bir ailənin 5 üzvü xəsarət aldı

Bakı-Qazax avtomagistralında 5 nəfərin xəsarət alması ilə nəticələnən qəza olub.

Son.az APA-ya istinadən bildirir ki, hadisə yolun 271-ci kilometrliyində qeydə alınıb. Belə ki, idarəetmədən çıxan "Hunday Sonata" markalı avtomobil yolun kənarına aşıb. Nəticədə bir ailənin beş üzvü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılardan durumu daha ciddi olan üç nəfər - 1963-cü il təvəllüdlü İmanova Təranə Tofiq qızı, 1951-ci il təvəllüdlü İmanov Səxavət Əliş oğlu və 1983-cü il təvəllüdlü İmanov Elməddin Səxavət oğlu Yevlax rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.