Məşhur aktyor mükafatını geri qaytarıb


Şou-biznes 12 May 2021 18:21:00 158 0

Məşhur aktyor mükafatını geri qaytarıb

Məşhur Hollivud aktyoru Tom Kruz "Qızıl Qlobus"dan (Golden Globe) qazandığı mükafatları geri qaytarıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə CNN telekanalı aktyora yaxın mənbələrə istinadən xəbər verib.

Amerikalı aktyor bu addımını "Qızıl Qlobus" beynəlxalq mükafatının münsiflər heyətində cəmiyyət nümayəndələrinin müxtəlifliyinin təmin edilməməsi ilə əlaqələndirib.

Qeyd olunur ki, aktyor öz mükafatlarını Hollivudun nəzdində bu mükafatın qaliblərinin müəyyənləşdirilməsində məsul olan Xarici Jurnalistlər Cəmiyyətinə təqdim edib.