DSX azad olunmuş ərazilərə mediatur təşkil edib Trend TVnin REPORTAJI VİDEO FOTO


Siyasət 12 May 2021 17:50:00 104 0

DSX azad olunmuş ərazilərə mediatur təşkil edib  Trend TVnin REPORTAJI  VİDEO  FOTO

May ayının 10-nunda Dövlət Sərhəd Xidməti (DSX) işğaldan azad olunmuş ərazilərə mediatur təşkil edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, səfərin məqsədi DSX hərbi qulluqçularının Vətən müharibəsində keçdikləri yol, sərhədlərimizdə yaradılan sərhəd mühafizə infrastrukturu və şəxsi heyətin sosial, maddi-texniki təminatı ilə yerində tanış olmaq idi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə ordumuz tərəfindən həyata keçirilən "Dəmir yumruq" əməliyyatında DSX-nin hərbi qulluqçuları da yaxından iştirak ediblər. Vətən müharibəsində 48 sərhədçi öz canından keçib, bir neçəsi isə yaralanıb. DSX-nin hərbi qulluqçuları 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirərək yüzlərlə canlı qüvvəsini məhv edib, qədim Xudafərin körpüsündə, Zəngilan rayonunun Ağbənd qəsəbəsində və Zəngilan şəhərində Dövlət bayrağımızı sancıb, qızğın döyüşlər nəticəsində Ermənistanla dövlət sərhədində "Bartaz" və "Şükürataz" strateji yüksəkliklərini azad ediblər.

DSX mətbuat mərkəzinin rəisi polkovnik Maya Şərifova jurnalistlərə bildirib ki, Vətən müharibəsindən sonra son iki ay ərzində Cəbrayıl, Zəngilan, Qubadlı və Laçın rayonunun bir hissəsində DSX-nin 10 yeni hərbi hissəsi istifadəyə verilib. May ayının sonuna kimi isə daha 6 hərbi hissənin tikilərək fəaliyyətə verilməsi nəzərdə tutulur.

Daha ətraflı Trend TV-nin hazırladığı süjetdə


Xəbərə aid video