Fitrə zəkatının çıxarılma vaxtı açıqlandı


Şou-biznes 12 May 2021 17:11:00 147 0

Fitrə zəkatının çıxarılma vaxtı açıqlandı

"Bayram axşamı ayın çıxdığı məlum olan kimi - axşam azanından (bu gün - ölkə.az) sonra fitrə zəkatı ayrılır və yaxşı olar ki, bayram günü saat 8.00 - 9.00-a qədər çatdırılsın. İmkan olmazsa, günorta namazına qədər, o da olmazsa, axşama qədər fitrə zəkatı çıxarılmalıdır".

Son.az big.az-a istinadən bildirir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmi nümayəndəsi, "Məşədi Dadaş" məscdinin axundu, ilahiyyatçı Hacı Şahin Həsənli deyib.

Din xadimi bildirib ki, fitrə zəkatı nə qədər tez çıxarılarsa, bir o qədər yaxşıdır: "Çünki bu, bayram süfrəsi üçündür. Ona görə də, aztəminatlı ailələrə vaxtında çatdırılsa yaxşı olar".

İlahiyyatçı fitrə zəkatının məbləğinin nə qədər olduğunu da açıqlayıb:

"Şəriətimizə əsasən, 3 kq arpa, buğda, un, düyü, kişmiş, xurma - bu ərzaqlar və ya adıçəkilən ərzaqlar dəyərində pul vəsaiti - təxminən 5-10 manat hər ailə üzvünün adından çıxarılmalıdır".