Gəncədə 20 yaşlı qız özünü öldürmək istədi


Digərləri 12 May 2021 12:14:00 170 0

Gəncədə 20 yaşlı qız özünü öldürmək istədi

Gəncədə 20 yaşlı qız intihara cəhd edib.

Bu barədə oxu.az-a hüquq mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, Gəncə şəhər sakini, 2001-ci il təvəllüdlü Əminə İmanova yaşadığı evin həyətində özünü iplə asaraq intihara cəhd edib.

Lakin o, ailə üzvləri tərəfindən xilas edilib və xəstəxanaya yerləşdirilib.

Ə.İmanovanın vəziyyəti ağırdır.