Saakaşvili qətiləşdirdi Gürcüstana dönür


Digərləri 12 May 2021 11:44:00 176 0

Saakaşvili qətiləşdirdi  Gürcüstana dönür

Gürcüstanın 3-cü prezidenti Mixeil Saakaşvili yenidən Gürcüstana dönəcəyini açıqlayıb.

Son.az "bizim.media"ya istinadən xəbər verir ki, eks prezident bunu müsahibəsi zamanı deyib.

O, sözügedən kanala verdiyi müsahibəsində oktyabrda ölkəsində keçiriləcək parlament seçkilərindən də söz açıb.

"Onlar (indiki hakimiyyət) referendumda məğlub olanda, bu isə əsl referendumdur- o zaman oliqarx İvanişvilinin hakimiyyəti sona çatacaq. Meliyanın sərbəst buraxılması, hadisələri sürətləndirəcək. Çox ümid edirəm ki, hər şey lazım olduğu kimi gedəcək - Gürcüstanda demokratiya bərpa ediləcək ", - deyə Saakaşvili bildirib.

Üçüncü prezident müsahibəsi zamanı Gürcüstana qayıdacağını da istisna etməyib.