Cəlilabadda avtomobil piyadanı vuraraq öldürdü


Digərləri 08 May 2021 18:27:00 133 0

Cəlilabadda avtomobil piyadanı vuraraq öldürdü

Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, mayın 7-də saat 16 radələrində Cəlilabad rayonunun Abışabad kəndi ərazisində Təklə kənd sakini E.Mahmudov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən kənd sakini Nihad Nəzərovu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Cəlilabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.