Gündə 3 stəkan qəhvə xərçəng riskini 52 faiz AZALDIR Araşdırma


Digərləri 07 May 2021 23:25:00 177 0

Gündə 3 stəkan qəhvə xərçəng riskini 52 faiz AZALDIR  Araşdırma

Araşdırmalara görə, qəhvə xərçəngin qarşısını almaqda böyük rol oynayır.

Son.az xəbər verir ki, türkiyəli həkim qastroenteroloq Vedat Göral bildirib ki, gündə 3-4 stəkandan çox qəhvə içənlərdə qaraciyər xərçənginə 52 faiz, qalın bağırsaq xərçənginə 36 faiz, mədə xərçənginə isə 13 faiz daha az rastlanılır:

"ABŞ və Yaponiyada aparılan çalışmalarda 12 il boyunca qidalanması izlənilən insanlardan mütəmadi qəhvə içənlərdə xərçəng xəstəliyinin azaldığı müşahidə edilib. Kimyaterapiya alıb qəhvə içənlərlə, kimyaterapiya alıb içməyənlərdə vəziyyətin fərqli olduğu sübut olunub. Qəhvə tərkibindəki polifenol, kahveol və kafestol kimi maddələrə görə xərçəngin qarşısını alır. Təbii ki, burada qəhvənin şəkərsiz olması önəmlidir. Qəhvə mütəmadi içilməlidir. Gündə ya da həftədə 1 stəkan içmək faydalı deyildir. Burada qəhvənin hazırlanması, içilməsi və növü də təsirlidir. Qəhvə xərçəng xəstələri üçün tövsiyə qidasıdır. Mədə və mədəaltı xərçəngini 13 faiz, qaraciyər xərçəngini isə 52 faiz azaldır. Eyni zamanda, qaraciyərin dostudur. O qaraciyər yağlanması, iltihab və serrozun qarşısını alır". /medicina.az