Çarşablı bir qadın onu küçəyə atıb getdi, nişanlısı başqasını sevdi


Kriminal 07 May 2021 23:30:00 78 0

Çarşablı bir qadın onu küçəyə atıb getdi, nişanlısı başqasını sevdi

Son.az Kulis.az-a istinadən dünən vəfat edən Xalq artisti Arif Quliyev haqqında maraqlı faktları təqdim edir.

Arif Əli oğlu Quliyev 16 may 1950-ci ildə Əli-Bayramlı şəhərində anadan olub. 1965-ci ildə Bakı Mədəni-Maarif Texnikumuna imtahan verir. İki imtahandan keçir, birindən kəsilir. Artıq internatda yaşamaq hüquq da başa çatdığından küçədə qalan Arif çarəsiz halda texnikumun qarşısında dayanır. Oranın direktoru Cavahir xanım Arifi görüb yanına çağırır, biləndə ki, onun heç kimi və qalmağa yeri yoxdur, Arifi özü ilə evinə aparır, paltarlarını yuyub, xörək verir. Ertəsi gün isə onu texnikumun "Dram və kino aktyorluğu" fakültəsinə qəbul edir.

***

1968-ci ildə texnikumu bitirib, Mingəçevir Dövlət Dram Teatrına təyinatla işləməyə göndərilir. Burada işləyən vaxt Mərkəzi komitənin təbirində teatrın çıxışı nəzərdə tutulur. Aktyorlardan biri xəstələndiyi üçün Arif Quliyev səhnəyə tək çıxmalı olur. Gənc aktyorun çıxışı birinci katibin çox xoşuna gəlir. Bu çıxışdan sonra katibin göstərişi ilə Arifə mənzil verilir.

Daha sonra teatr kollektivi ona qız axtarmağa başlayır. Tanış ailənin qızına elçi gedirlər. Kollektivin öz pulu ilə qıza nişan üzüyü də alırlar. Həmin ərəfədə Arif hərbi xidmətə yollanır. Geri qayıdanda nişanlısının başqa həmdəmi olduğunu eşidir və ondan ayrılır.

***

Elə həmin ərəfədə başqa bir qızı sevir, ona çox bağlanır. Qızgilin evinə gedib anasına qızını istədiyini və fikrinin ciddi olduğunu deyir. Qızın anası artistə qız verməyəcəyini deyir. Arif məcburiyyət qarşısında qalıb, sevdiyi qızdan ayrılır. Ancaq Arif Quliyev aktyor kimi məşhurlaşandan sonra qızın anası onun yanına elçiliyə gəlir, qızını ona vermək istədiyini bildirir. Bu dəfə də Arif onlara yox cavabını verir.

***

1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə daxil olur. 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət edilir.

Arif Quliyev uşaq evində böyüyüb. Üç yaşı olanda qara çarşablı bir qadın onu gətirib Mərdəkanda yerləşən uşaq evinin qarşısına qoyur. Arifə isə deyir ki, gedim, sənə peçenye alıb gəlirəm. Axşam saat 8-ə qədər üç yaşlı Arif uşaq evinin qarşısında həmin qadını gözləyir. Uşaq evinin müdiri işdən çıxıb evə gedəndə, qapının qarşısında üç yaşlı uşağı görür və məsələdən hali olub, onu uşaq evinə aparır.

***

Soyadı olmadığına görə onu pionerə keçirmirlər. Hər dəfə onun adı gələndə deyirmişlər ki, sən hələ gözlə. Arif bir kənara çəkilib yeni pionerlərə baxıb ağlayır. Onun Yəhya adlı müəllimi Arifə deyir ki, valideynin adı və familiyası olmadığı üçün onu pionerə keçirə bilmirlər. Arif daha çox ağlayanda, müəllim pis olur. Ona deyir, öz atamın adını və soyadını sənə verirəm. Atamın adı Əlidir, qoy, Əli sənin köməyin olsun. Bundan sonra onu pionerə keçirirlər.

Uşaq evinə başqa uşaqların yanına valideynləri, qohumları gələndə Arif pəncərədən həsrətlə onlara baxırmış. Belə günlərin birində sinif yoldaşından noğul istəyir. Oğlan vermir. Arif otağına gedib, çarpayısına uzanıb iki gün ağlayır. Bir neçə gündən sonra isə Xalq artisti Lütfiyar İmanova dördüncü sinif şagirdi kimi məktub yazıb ondan noğul istəyir. Bir həftə sonra Lütfiyar İmanov Arifə poçt vasitəsi ilə bir bağlama noğul yollayır. Arif həmin noğulları uşaq evindəki bütün uşaqlara paylayır. Ona noğul verməyən uşağı isə bir ağacın altında tək dayanan görür, yaxınlaşır, noğuldan bir ovuc həmin oğlanın ovcuna tökür.

***

Arif Quliyev qocalar evinə gedəndə ora atılan ana və ataların qarşısında diz çöküb ağlayır, illərlə onlar kimi ata-ana axtardığını deyir. O, ömrünün sonuna qədər valideynlərinin həsrətini çəksə də, valideynləri onu atdığına görə heç vaxt onları qınamayıb. Əksinə onu dünyaya gətirdikləri üçün valideynlərinə can sağlığı arzulayıb.

***

Günlərin birində Arif teatrla birgə Tibb Texnikumunda keçirilən konsertdə iştirak edir. Zalda çıxış edən zaman o, hamı gülsə də, zalda irəli sıralarda əyləşən bir xanımın gülmədiyini görür. Bir müddət əvvəl avtobusda tanış olub, sonradan itirdiyi xanımı tanıyır və onu tapdığına sevinir. Sonra onun haqqında maraqlanır. Və 1977-ci ildə Gülzar adlı həmin xanımla ailə həyatı qurur.

Bütün damarları tərtəmiz edən içki  Qurdları da tökür like
  • 07 May 23:05  
Digərləri Bütün damarları tərtəmiz edən içki Qurdları da tökür

Tutulmuş damarları təmizləmək üçün xalq təbabətində bir sıra metodla

arrow Ətraflı
Xalq Artisinin xanımı görün kim imiş like
  • 07 May 23:00  
Şou-biznes Xalq Artisinin xanımı görün kim imiş

Xalq artisti Ağadadaş Ağayevin xanımı Türkiyə vətəndaşı olan Pərvin

arrow Ətraflı
Eksperimental memarlıq  "top evlər"  FOTO like
  • 07 May 22:55  
Digərləri Eksperimental memarlıq "top evlər" FOTO

Niderlandın Den Boş şəhərində rəssam və heykəltəraş Dris Kreijkamp t

arrow Ətraflı
NyuYorkda "gəmi nərdivanı"  FOTO like
  • 07 May 22:44  
Digərləri NyuYorkda "gəmi nərdivanı" FOTO

Nyu-Yorkda ingilis dizayner Tomas Hezervik tərəfindən hazırlanan "gəmi

arrow Ətraflı
Azərbaycan səfirliyi Latviya parlamentinin 1915ci il hadisələri ilə bağlı qərarını pisləyib like
  • 07 May 22:35  
Siyasət Azərbaycan səfirliyi Latviya parlamentinin 1915ci il hadisələri ilə bağlı qərarını pisləyib

Azərbaycanın Latviyadakı Səfirliyi bu ölkənin parlamentinin 1915-ci il had

arrow Ətraflı
Bu il 25 milyon turistin Türkiyəni ziyarət edəcəyi gözlənilir like
  • 07 May 22:30  
Dünya Bu il 25 milyon turistin Türkiyəni ziyarət edəcəyi gözlənilir

Dünya üzrə COVID-19 pandemiyasından ən çox təsirlənən sahələrdən bir

arrow Ətraflı