Bakıda Milli Qəhrəmanın adını daşıyan park yenidən qurulub FOTO


Digərləri 07 May 2021 18:30:25 138 0

Bakıda Milli Qəhrəmanın adını daşıyan park yenidən qurulub  FOTO

Milli Qəhrəman İnqilab İsmayılovun adını daşıyan park yenidənqurma işlərindən sonra sakinlərin istifadəsinə verilib.

Bu barədə Xətai rayon İcra Hakimiyyətindən bildiriblər. Qeyd olunub ki, rayonun İnqilab İsmayılov küçəsində Milli Qəhrəmanın yaşadığı binanın qarşısında onun adını daşıyan park yenidənqurma işlərindən sonra sakinlərin istifadəsinə verilib.

Dövlət başçısının Bakı şəhərində park və xiyabanların əsaslı təmiri və yenidən qurulması ilə bağlı tapşırıqlarına əsasən yenilənən park, ilk növbədə, rayon sakinlərinin istirahətinin yüksək səviyyədə təşkilinə xidmət edəcək.

Parkda aparılan yenidənqurma işləri çərçivəsində Milli Qəhrəman İnqilab İsmayılovun xatirə lövhəsi yenilənmiş, sakinlərin asudə vaxtlarının səmərəli keçirmələri üçün 0,6 ha sahədə və ətraf ərazidə genişmiqiyaslı abadlıq işləri aparılmış, müxtəlif növ həmişəyaşıl ağaclar və gül kolları əkilmiş, mövcud ağaclar budanmış, qazon örtüyü, səki daşları döşənmişdir.

Uşaqların və gənclərin asudə vaxtlarını səmərəli keçirimələri üçün tam şərait yaradılmış, yeni avadanlıq və qurğular, 10 idman, 9 uşaq əyləncə elementi, şahmat oyun meydançası quraşdırılmış, həmçinin, basketbol və futbol meydançaları yaradılmışdır. Əhalinin asudə vaxtlarını səmərəli keçirilməsi və istirahəti üçün parkda 15 ədəd yeni oturacaq, 2 söhbətgah və müasir tələblərə cavab verən gecə işıqlandırılması sistemləri quraşdırılmışdır.