Vətən müharibəsinin şəhidi dəfn olunub VİDEO FOTO


Digərləri 07 May 2021 17:32:00 147 0

Vətən müharibəsinin şəhidi dəfn olunub  VİDEO  FOTO

Vətən müharibəsində şəhid olan kapitan Əbülfəz Rəhmətov Lerik rayonunun Anbu kənd qəbiristanlığında dəfn olunub.

Son.az APA-ya istinadən bildirir ki, Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş zabiti, kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun nəşi doğulduğu Lerik rayonunun Anbu kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, hərbçilər, rayon İcra Hakimiyyətinin, ictimaiyyətin nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, iştirak edib.

Tabuta bükülmüş Azərbaycan Bayrağı şəhidin atası Hüseynverdi Rəhmətova təqdim olunub.

Qeyd edək ki, Vətən müharibəsinin ilk günlərindən itkin düşən şəhid kapitanın nəşi dünən Cəbrayıl rayonu ərazisində tapılıb. O, Qubadlı və Cəbrayıl rayonları uğrunda gedən döyüşlərdə iştirak edib. Əbülfəz Rəhmətov 1989-cu ildə anadan olub. İki övladı var.