Onu "polad əsgər" çağırırmışlar


Digərləri 07 May 2021 17:34:00 158 0

Onu "polad əsgər" çağırırmışlar

Vətən müharibəsində böyük hünər göstərmiş hərbçilərimizdən bir də Xəyal Ağaməmmədov olub.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Xəyal Salam oğlu Ağaməmmədov 23 avqust 1992-ci ildə Hacıqabul rayonunun Kolanı kəndində doğulub.

Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Xəyal Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun komandiri olduğu hərbi hissədə xidmət etməyə başlayıb.

Onu xidmət etdiyi hərbi hissədə "Polad Həşimovun əsgəri", yaxud da "polad əsgər" çağırırmışlar. Polad Həşimovun və onunla birlikdə bir neçə hərbi qulluqçunun şəhid olmasından təsirlənən Xəyal Ağaməmmədov Vətən müharibəsində Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı kimi döyüşlərə qatılır.

44 günlük müharibə zamanı bədənində 2 güllə yarası olmasına baxmayaraq, 43 gün döyüşən Xəyal noyabrın 7-də Şuşa uğrunda əlbəyaxa döyüşlər zamanı süngü ilə aldığı 2 zərbədən sonra şəhadətə qovuşub.

Azərbaycan Ordusunun əsgəri olan Xəyal Ağaməmmədov vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına" görə medalları ilə təltif edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Son.az