Samux sakini naməlum şəxs tərəfindən güllələnib


Kriminal 07 May 2021 15:52:00 190 0

Samux sakini naməlum şəxs tərəfindən güllələnib

Samux rayon sakini naməlum şəxs tərəfindən açılan atəş nəicəsində güllə yarası alıb.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Ceyrançöl adlanan ərazisində qeydə alınıb. Samux sakini Abdullayev Abdul Vaqif oğlu qarın nahiyəsindən güllə yarası alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisənin kim tərəfindən törədildiyi məlum deyil. Rayon Polis Şöbəsindən hadisənin baş vermə səbəblərinin araşdırıldığı bildirilib.

Son.az