Gürcüstanda son sutkada 1547 nəfər koronavirusa yoluxub


Dünya 07 May 2021 15:34:00 123 0

Gürcüstanda son sutkada 1547 nəfər koronavirusa yoluxub

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1547 yoluxma halı qeydə alınıb, 18 nəfər ölüb.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 319 266, xəstəlikdən ölənlərin sayı isə 4245 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 298 807 nəfərin sağaldığı bildirilir.