"British Airways" bu il 1 milyard avro itirib


Dünya 07 May 2021 15:15:36 167 0

"British Airways" bu il 1 milyard avro itirib

Böyük Britaniyanın "British Airways" aviaşirkəti 2021-ci ilin birinci rübündə 1,14 milyard avro gəlir itirib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "International Airlines Group" şirkətinin hesabatında deyilir.

Qeyd olunur ki, bu ilin ilk üç ayı ərzində aviaşirkətin yüklənmə səviyyəsi 2019-cu il göstəricilərinin 20 faizinə bərabər olub. İkinci rübdə bu göstəricinin 25 faizədək artacağı proqnozlaşdırılır.

Tərkibinə "British Airways", İspaniyanın "Iberia" və İrlandiyanın "Aer Lingus" aviaşirkətlərinin daxil olduğu "International Airlines Group" şirkəti 2020-ci il ərzində 4,37 milyard avro məbləğində itki ilə üzləşdiyini açıqlayıb.