Hökməli Bələdiyyəsinin işçisi cəzalandırıldı


Digərləri 07 May 2021 15:04:00 107 0

Hökməli Bələdiyyəsinin işçisi cəzalandırıldı

Abşeron rayonunun Hökməli bələdiyyəsinin işçisi cəzalandırılıb.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, mayın 5-də Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 28 May qəsəbəsində keçirilən tədbir zamanı E.Müslümov küçəsində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması faktı aşkar edilib.

İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsinin (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) tələblərini pozduğuna görə Hökməli Bələdiyyəsinin işçisi X.Eyvazov barəsində protokol tərtib edilərək inzibati tənbeh tədbiri tətbiq olunub.

Həmçinin qısa müddətdə həmin ərazinin təmizlənməsi təmin edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.