Qırğızıstanda damba uçuldu


Dünya 07 May 2021 13:34:00 153 0

Qırğızıstanda damba uçuldu

Qırğızıstanın Batken vilayətində su dambasının uçulması ilə əlaqədar 1 500-ə yaxın sakin təxliyə olunub.

Son.az Trend-ə istinadən bildirir ki, vilayətin Kadamjay rayonunda yerləşən bir neçə kəndi su basma təhlükəsi yaranıb.

Sakinlər yaşayış məntəqələrindən təhlükəsiz yerlərə köçürülüb. Hadisə zamanı xəsarət alanların olmadığı deyilir.

Qeyd edək ki, aprelin 29-30-da Batken vilayətində sərhədyanı bölgədə Qırğızıstanla Tacikistan arasında silahlı münaqişə baş vermişdi. Münaqişə nəticəsində hər iki tərəfdən 50-dən çox şəxs həlak olub, 260-dan çox şəxs yaralanıb.