Qazaxıstanda koronavirusa daha 2 840 nəfər yoluxub
Dünya 07 May 2021 09:10:00 154 0
Qazaxıstanda ötən sutka ərzində yeni növ koronavirusa (COVİD-19) 2 840 yoluxma halı qeydə alınıb.
Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümumi sayı 337 652 nəfərə çatıb.
Bildirilir ki, hazırkı dövrədək koronavirusa yoluxanlardan son sutkada 3 642 olmaqla 291 829 nəfəri sağalıb, 3 858 nəfəri isə vəfat edib.
Mənbə: milli.az