Fələstinİsrail münaqişəsində vəziyyət nəzarətdən çıxa bilər BMTnin xüsusi koordinatoru


Dünya 07 May 2021 08:28:00 126 0

Fələstinİsrail münaqişəsində vəziyyət nəzarətdən çıxa bilər  BMTnin xüsusi koordinatoru

BMT-nin Yaxın Şərqdə sülh prosesi üzrə xüsusi koordinatoru Tor Vennesland Fələstin-İsrail münaqişə zonasında artan gərginlikdən narahatlığını bildirib və nəzarəti itirmək riskinin qarşısını almaq üçün tərəfləri təmkinli olmağa çağırıb.

Trend TASS-a istinadən xəbər verir ki, T.Vennesland bu barədə "Twitter" səhifəsində paylaşım edib.

Paylaşımda yazılıb: "Şərqi Qüds də daxil olmaqla işğal altında olan Qərb sahilində artan gərginlik və şiddətdən çox narahatam. Hər tərəfdən siyasi, dini və icma liderlərini şiddət, təhrik və təxribatçı ritorikaya qarşı açıq şəkildə səslənməyə çağırıram".

"Vəziyyət diqqətsiz buraxılsa nəzarətdən çıxa bilər", - deyə T.Vennesland xəbərdarlıq edib.