“Qarabağla bağlı razılaşmaları yerinə yetirməyə hazırıq”


Siyasət 06 May 2021 21:12:00 153 0

“Qarabağla bağlı razılaşmaları yerinə yetirməyə hazırıq”

"Ermənistan Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatları yerinə yetirmək üçün hər cür səy göstərməyə hazırdır".

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşü zamanı deyib.

"Ermənistan 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarda əldə edilmiş razılaşmaları həyata keçirmək üçün bütün tədbirləri görməyə davam edəcək. Həm də tərəflər arasında üçtərəfli formatda konstruktiv dialoqu təmin etmək üçün hər cür səy göstərməyə hazırıq", - deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, bölgədə müharibə Rusiyanın səyləri nəticəsində dayanıb:

"Rusiyanın səyləri nəticəsində hərbi əməliyyatlar dayandı və regionda vəziyyətin deeskalasiyasına nail olundu. Xüsusilə prezident Vladimir Putinin regionda sülhün əldə olunmasındakı rolunu qeyd etmək istərdim".