Paşinyan parlament seçkiləri üçün blok yaratmayacaq


Dünya 06 May 2021 16:40:00 121 0

Paşinyan parlament seçkiləri üçün blok yaratmayacaq

Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş müqaviləsi" partiyası parlament seçkilərinə təkbaşına qatılacaq

Son.az Trend-ə istinadən bildirir ki, N.Paşinyan digər siyasi qüvvələrlə blok yaratmayacaq.

Parlamentdəki "Maariflənmiş Ermənistan" və "Çiçəklənən Ermənistan" müxalifət partiyaları isə baş nazir vəzifəsinə namizədlərini irəli sürməyəcəklərini artıq bildiriblər.

Mütəxəssislər hesab edir ki, Paşinyanın seçkilərdə əsas rəqibləri keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın siyasi blokları olacaq.